Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK

Dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün 18 sentyabr 2019-cu il tarixdə elan edilmiş müsabiqənin test mərhələsi başa çatmışdır

2019-12-25

2-18 dekabr 2019-cu il tarixlərdə keçirilən imtahanlarda qeydiyyatdan keçmiş 574 namizəddən 557-si iştirak etmiş, onlardan 269-u müvafiq keçid balını toplamışdır.
269 nəfərdən 138-i il ərzində Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən təşkil edilmiş hazırlıq kurslarında iştirak edən şəxslərdir. Onlardan 22 nəfər 90-dan yuxarı bal toplamış, 20 nəfər 85-89 bal, 30 nəfər 80-84 bal, 48 nəfər 70-79 bal və 18 nəfər isə 65-69 bal intervalında nəticə göstərmişdir.
Test imtahanlarında hazırlıq kursunun iştirakçılarından Təranə İsmayılova 98 bal (digər nəticələri 97 və 95 bal), Sevinc Hüseynli 98 bal (97 və 95), Nuray Zeynalova 97 bal (96), Rəmzi Həsənov 95 bal, Fidan Rzayeva 95 bal toplayaraq yüksək nəticə əldə etmişlər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı