Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK

Prokurorluq orqanlarına işə qəbul olunmaq istəyənlərin nəzərinə: Sınaq imtahanı keçiriləcəkdir!

2020-01-22

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən prokurorluq orqanlarına qəbul olunmaq istəyən şəxslər üçün 26 yanvar 2020-ci il tarixdə sınaq imtahanı keçiriləcəkdir.
Sınaq imtahanı prokurorluq orqanlarına işə qəbul üzrə test proqramına uyğun olaraq keçiriləcəkdir. Siz sınaq imtahanında iştirak etməklə güclü və zəif tərəflərinizi müəyyən edə bilərsiniz.
Sınaq imtahanında iştirak etmək üçün namizədlər 20 manat məbləği Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın "Naxçıvanbank" ASC-dəki bank hesabına ödəməli və 26 yanvar 2020-ci il tarixədək Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya gələrək ödənişə dair qəbzi təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Sınaq imtahanı Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Test mərkəzində kompüter vasitəsilə keçiriləcəkdir. Test imtahanı bitdikdən dərhal sonra namizədlərə test imtahanının nəticəsinə dair arayış təqdim ediləcəkdir.
Əlavə məlumat üçün:
Tel: (036) 545-65-71
E-mail: dqmk@nakhchivan.az

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı