Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Bizimlə Əlaqə Qəbul günləri
Dövlətçiliyimiz
Aktual keçidlər

Komissiyada müsahibə mərhələsinə hazırlıq məqsədi ilə seminar keçirilmişdir

2015-05-08

18 fevral 2015-ci il tarixdə elan edilmiş müsabiqənin “Müsahibə” mərhələsində müsahibə qrupunun üzvü kimi iştirak edəcək dövlət orqanı nümayəndələrinin və müstəqil ekspertlərin iştirakı ilə seminar-treninq keçirilmişdir. Seminarı giriş sözü ilə açan Komissiyanın şöbə müdiri Rafiq Nəcəfov seminar iştirakçılarına müsahibələrin keçirilmə qaydaları, müsahibə proqramları, qiymətləndirmə meyarları və namizədlərin yekun qiymətləndirilməsi ilə bağlı ətraflı məlumat verdi. Seminarda təqdimat vasitəsi ilə müsahibə qrupu üzvlərinin əsas vəzifələri izah olundu. Sonda seminar iştirakçılarının suallarına aydınlıq gətirildi.
Namizədlərin nəzərinə çatdırırıq ki, 18 fevral 2015-ci il tarixdə elan edilmiş müsabiqənin “Müsahibə” mərhələsi 13 may 2015-ci il tarixdən 19 may 2015-ci il tarixədək müəyyən edilmiş qrafik üzrə keçiriləcəkdir.
Namizədlərin nəzərinə
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2016 © Bütün hüquqlar qorunur.