Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK

Vergi orqanlarında xidmətə qəbul olunmaq istəyənlərin nəzərinə!

2020-01-23

2020-ci ilin fevral ayından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın inzibati binasında vergi orqanlarında işə qəbul üçün hazırlıq kursu fəaliyyətə başlayacaq.
Hazırlıq kursunda iqtisadiyyat, hüquq və idarəetmə ixtisas istiqamətləri üzrə ali təhsilə malik, yaşı 35-i keçməmiş şəxslər iştirak edə bilərlər.
Hazırlıq kursunda ixtisas üzrə dərslər NDU-nun müəllimi, Dövlət Vergi Xidmətinin əməkdaşı, "Vergi Məcəlləsinin xüsusi hissəsinin praktiki izahı" adlı dərs vəsaitinin müəllifi İsmayıl Bağırov tərəfindən, məntiq isə “İstedad-XXI əsr” hazırlıq kursundan cəlb olunmuş Həqiqət Abdullayeva tərəfindən aparılacaqdır.
Vergi orqanlarına xidmətə qəbul üçün hazırlıq kursu 3 ay davam edəcək və kurslar test imtahanı proqramına uyğun olaraq təşkil ediləcəkdir. Dərslər həftədə 2 dəfə keçiriləcək və aylıq ödəniş 125 manatdır.
Hazırlıq kursuna qəbul üçün qeydiyyat Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın inzibati binasında (Naxçıvan şəhəri, C.Məmmədquluzadə küçəsi, 23) aparılır.
Əlavə məlumat üçün:
Tel: (036) 545-65-71
E-mail: dqmk@nakhchivan.az

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı