Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK

Müəllim işləmək istəyənlərin nəzərinə: Yeni hazırlıq kursu fəaliyyətə başlayacaqdır!

2020-02-18

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın inzibati binasında 2020-ci ilin mart ayından müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üçün yeni hazırlıq kursu fəaliyyətə başlayacaqdır. Kursda diaqnostik qiymətləndirmənin aparılması zamanı aşağı nəticə toplamış müəllimlər də iştirak edə bilər.
Aylıq ödənişi 100 manat olan hazırlıq kursu metodika və təlim strategiyaları və informatika istiqamətləri üzrə aparılacaq. Hər bir sahə üzrə dərslər həftədə 2 dəfə keçiriləcək və 3 ay davam edəcəkdir.
Kurslar test imtahanı proqramına uyğun olaraq təşkil edilir. Namizədlərin hazırlıq səviyyəsini müəyyən etmək üçün hər ay Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Test mərkəzində sınaq imtahanları keçiriləcək.
Hazırlıq kursuna qəbul üçün qeydiyyat Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın inzibati binasında (Naxçıvan şəhəri, C.Məmmədquluzadə küçəsi 23) aparılır.
Əlavə məlumat üçün:
Tel: (036) 545-65-71
E-mail: dqmk@nakhchivan.az

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı