Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada mülki müdafiə, fövqəladə hallardan qorunma və yanğın təhlükəsizliyi məsələləri ilə bağlı maarifləndirici tədbir keçirilmişdir

2020-02-19

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın və Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin birgə fəaliyyət planına uyğun olaraq mülki müdafiə, fövqəladə hallardan qorunma və yanğın təhlükəsizliyi məsələləri ilə bağlı 19 fevral 2020-ci il tarixdə maarifləndirici tədbir keçirilmişdir.
Tədbirin əsas məqsədi Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada mülki müdafiə işinin müasir tələblər səviyyəsində təşkilinə nail olmaq fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, fövqəladə hallar zamanı davranış və fəaliyyət qaydaları haqqında iştirakçılara məlumat vermək olmuşdur.
Tədbiri giriş sözü ilə açan Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın şöbə müdiri Mahir Abbasov bu cür maarifləndirici tədbirlərin əhəmiyyətindən bəhs etmiş və tədbirin mаhiyyəti bаrədə iştirаkçılаrа məlumаt vеrmişdir.
Nахçıvаn Muхtаr Rеspublikаsı Fövqəlаdə Hаllаr Nаzirliyinin Mülki müdаfiə işinin təşkili şöbəsinin rəisi polkovnik Emin Qasımov xidmətdə mülki müdafiə işinin təşkili və aparılmasına qoyulan müasir tələblər, mülki müdafiə tədbirlərinin planlaşdırılması və keçirilməsi qaydaları haqqında iştirakçılara məlumat verib.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin baş məsləhətçisi, dövlət qulluqçusu Əbülfəz Qafarov “Fövqəladə hallar zamanı davranış qaydalarını hamı bilməlidir” mövzusunda məlumat verərək zəlzələ, sel, subasma zamanı davranış və fəaliyyət qaydalarını diqqətə çatdırmışdır. Məruzəçi həmçinin, məişətdə qaz və elektrik təsərrüfatından istifadə zamanı yanğın təhlükəsizliyi qaydaları, istifadə olunmayan məişət-elektrik avadanlıqlarının davamlı olaraq cərəyana qoşulu qalmasının təhlükəli tərəfləri, dəm qazı, yaranması və dəm qazından zəhərlənmələr zamanı ilk yardım haqqında tədbir iştirakçılarına məlumat verib.
Sonda tədbir iştirakçılarının verdiyi suallar cavablandırılmış, mövzulara aid slaydlar təqdim edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı