Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK

Müəllim işləmək istəyənlərin nəzərinə: Yeni hazırlıq kursu fəaliyyətə başlamışdır!

2020-03-10

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada 10 mart 2020-ci il tarixdən müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üçün yeni hazırlıq kursu fəaliyyətə başlamışdır.
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın inzibati binasında təşkil olunan kursda diaqnostik qiymətləndirmənin aparılması zamanı aşağı nəticə toplamış müəllimlər də iştirak edə bilər.
Aylıq ödənişi 80 manat olan hazırlıq kursu 2 sahə - kurikulum və pedaqogika istiqamətləri üzrə aparılacaqdır. Hər bir sahə üzrə dərslər həftədə 2 dəfə keçiriləcək və 3 ay davam edəcəkdir.
Kurslar test imtahanı proqramına uyğun olaraq təşkil edilir. Namizədlərin hazırlıq səviyyəsini müəyyən etmək üçün hər ay Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Test mərkəzində sınaq imtahanları keçiriləcəkdir.
Hazırlıq kursuna qəbul üçün qeydiyyat Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın inzibati binasında (Naxçıvan şəhəri, C.Məmmədquluzadə küçəsi 23) aparılır.
Əlavə məlumat üçün:
Tel: (036) 545-65-71
E-mail: dqmk@nakhchivan.az

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı