Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK
DQMK

Dövlət qulluğu haqqında qanunvericiliyin tələbləri diqqət mərkəzində saxlanılır

2020-03-12

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya fəaliyyətində peşəkarlığın və keyfiyyətin artırılması, şəffaflıq və obyektivliyin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirləri fevral ayı ərzində də davam etdirmişdir. Ay ərzində dövlət qulluğuna dair qanunvericiliyin dövlət orqanlarında tətbiqinə nəzarət edilmiş, 2 dövlət orqanının qanunvericiliyə uyğun olmayan 2 qərarı ləğv edilmişdir.
Fevral ayında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən vergi orqanlarında işə qəbul üçün təşkil olunmuş hazırlıq kurslarında 46 nəfər iştirak etmişdir. Komissiya tərəfindən dövlət orqanlarında vakant mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçi vəzifələrinin tutulması üçün esse imtahanı keçirilmişdir. İmtahanda iştirak etmiş 2 nəfər uğur qazanmışdır.
Dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 18 sentyabr 2019-cu il tarixdə elan edilmiş müsabiqənin müsahibə mərhələsinə 20 fevral 2020-ci il tarixindən start verilmişdir.
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın və Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin birgə fəaliyyət planına uyğun olaraq 19 fevral 2020-ci il tarixdə mülki müdafiə, fövqəladə hallardan qorunma və yanğın təhlükəsizliyi məsələləri ilə bağlı maarifləndirici tədbir keçirilmişdir.
Dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilmiş 2 daxili müsahibədə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşlarının nümayəndə qismində iştirakları təmin edilmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində və ədliyyə orqanlarında vakant vəzifələrin tutulması üçün elan edilmiş müsabiqələrin sənəd qəbulu aparılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı