Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Bizimlə Əlaqə Qəbul günləri
Dövlətçiliyimiz
Aktual keçidlər

Yeni müsabiqə elanı

2015-08-06

Müsabiqədə iştirak etmək istəyənlər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın internet saytına (www.dqmk.nmr.az) daxil olmaqla elektron müraciət formasını doldurmalı və tələb olunan sənədləri 06 avqust 2015-ci il tarixdən 07 sentyabr 2015-ci il tarixədək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya (Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi 23) şəxsən təqdim etməklə elektron ərizələrini (həftənin iş günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək) təsdiq etdirməlidirlər.
Vətəndaşlar aşağıdakı sənədləri təqdim etməlidirlər:
• şəxsiyyəti təsdiq edən sənəd
• ali təhsil haqqında sənədlər (Ali təhsil müəsissələrini 2015-ci ildə bitirən namizədlər ali təhsil müəsissəsini bitirmələri haqqında arayış təqdim edə bilərlər)
• əmək kitabçası və ya surəti (olduğu təqdirdə)
• 1 ədəd ağ fonda rəngli fotoşəkil (3x4 sm ölçüdə)
Müsabiqə test imtahanı və müsahibədən ibarətdir.

Qeyd: Namizədlər elektron müraciət formasını doldurarkən iddia etdikləri vakant vəzifələrin tutulma şərtlərini nəzərə almalıdırlar.
Əlavə məlumat almaq üçün: e-mail: dqmk@nakhchivan.az
Telefon: 545-65-71
Namizədlərin nəzərinə
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2016 © Bütün hüquqlar qorunur.