Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK
 DQMK

Səyyari dövlət qulluğu xidməti könüllüləri Ordubad rayonunda olmuşlar

2020-07-24

“Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli Sərəncamının icrasının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşları və könüllülərdən ibarət səyyari xidmət qrupu 24 iyul tarixində Ordubad Rayon Təhsil Şöbəsinin inzibati binasında olmuş, xidmət zamanı Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinə, dövlət ümumi təhsil müəssisələrinə və dövlət musiqi təhsili müəssisələrinə işə qəbul üçün elan edilmiş müsabiqələrdə iştiraklarını təmin etmək məqsədilə vətəndaşlara qeydiyyatdan keçməkdə operativ köməklik göstərilmişdir.
Könüllülər təlimlər zamanı əldə etdiyi bilikləri xidmətdə tətbiq edərək Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşının müşayiəti ilə vətəndaşlardan müsabiqədə iştirak etmək üçün lazımi sənədləri qəbul etmiş, həmin sənədlərin düzgünlüyünü yoxlayaraq onların skan edilmiş surətlərini şəxsi kabinetə yükləmiş və qeydiyyatdan keçirtməklə müsabiqələrdə iştiraklarını təsdiq etmişlər.
Gün ərzində 28 nəfərə səyyari elektron xidmət göstərilmişdir.
Xidmət zamanı namizədlər tibbi maskadan istifadə etmiş, sosial məsafə qorunmuş və digər sanitar-gigiyenik tələblərə əməl olunmuşdur.
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın həyata keçirdiyi xidmət sənəd qəbulunda iştirak edən vətəndaşlar tərəfindən yüksək qiymətləndirilmişdir.
“Səyyari dövlət qulluğu xidməti könüllüyü” layihəsinin həyata keçirilməsində əsas məqsəd rayonlarda yaşayan, elektron xidmətlərdən istifadə etməkdə çətinlik çəkən, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın inzibati binasına gələ bilməyən vətəndaşlara yaşadıqları yerlərdə “səyyari dövlət qulluğu xidməti”nin göstərilməsindən ibarətdir.
Növbəti müsabiqə elanları zamanı da vətəndaşlara rayonlarda səyyari xidmətin göstərilməsi davam etdiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı