Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK
DQMK

Naxçıvan Dövlət Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisasının tələbələri üçün seminar keçirilib

2020-09-29

“Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli Sərəncamının icrasının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən hamiliyə götürülən Naxçıvan Dövlət Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisasının tələbələri üçün 2015-ci ildən başlayaraq bir sıra tədbirlər həyata keçirilmiş. Bu tədbirlərin davamı olaraq 29 sentyabr 2020-ci il tarixdə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşları tərəfindən Naxçıvan Dövlət Universitetinin tələbələri üçün seminar keçirilmişdir.
Tədbiri Universitetin kafedra müdiri Flora Kərimova giriş sözü ilə açaraq qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən qəbul edilən bu sərəncam ali və orta ixtisas təhsil müəssisələrində təhsili alan tələbələrin təcrübə qazanmaları, onların bacarıqlı mütəxəssis kimi yetişmələri baxımından atılan mühüm addımdır. Müasir dünyada hər bir sahədə inkişafın əsas hərəkətverici qüvvəsi ixtisaslı kadrlar hesab olunur. İxtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi yüksək ixtisaslı kadr hazırlığına böyük töhfə verir.
Sonra Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşları Türkan Gülməmmədli “Azərbaycan Respublikasının dövlət qulluğu modeli” və Zaman Bağırov “Naxçıvan Muxtar Respublikasında dövlət qulluğu sahəsində islahatlar” mövzularında hazırladığı slaydlar vasitəsilə geniş məlumat vermişdir.
Tədbirin sonunda tələbələri maraqlandıran suallar Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşları tərəfindən cavablandırılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı