Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK
 DQMK

Sertifikasiya imtahanında iştirak edəcək müəllimlərin nəzərinə: sınaq imtahanı keçiriləcəkdir!

2020-10-21

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən sertifikasiya imtahanında iştirak edəcək müəllimlər üçün 27-31 oktyabr 2020-ci il tarixlərdə sınaq imtahanı keçiriləcəkdir. Sınaq imtahanı ixtisas fənni, kurikulum və pedaqogika istiqamətləri üzrə olacaqdır. Siz sınaq imtahanında iştirak etməklə güclü və zəif tərəflərinizi müəyyən edə bilərsiniz.
Sınaq imtahanında iştirak etmək üçün müəllimlər 30 manat (Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın təşkil etdiyi hazırlıq kursunda iştirak edənlər 15 manat) məbləği Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın "Naxçıvanbank" ASC-dəki bank hesabına ödəməli və 27 oktyabr 2020-ci il tarixədək Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya gələrək ödənişə dair qəbzi təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Sınaq imtahanı Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Test mərkəzində kompüter vasitəsilə keçiriləcəkdir. Test imtahanı bitdikdən dərhal sonra namizədlərə test imtahanının nəticəsinə dair arayış təqdim ediləcəkdir.

Əlavə məlumat üçün:
Tel: (036) 545-65-71.
E-mail: dqmk@nakhchivan.az

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı