Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK
 DQMK

Dövlət qulluğuna qəbul olmaq istəyənlərin nəzərinə: Sonuncu sınaq imtahanı keçiriləcəkdir!

2020-11-14

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər üçün 22 noyabr 2020-ci il tarixdə sonuncu sınaq imtahanı keçiriləcəkdir.
Sınaq imtahanı inzibati vəzifələrin altıncı-yeddinci təsnifatına uyğun inzibati vəzifələrin tutulması üzrə test proqramını əhatə edəcəkdir. Siz sınaq imtahanında iştirak etməklə güclü və zəif tərəflərinizi müəyyən edə bilərsiniz.
Sınaq imtahanında iştirak etmək üçün namizədlər 30 manat (hazırda Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın təşkil etdiyi hazırlıq kursunda iştirak edənlər 15 manat) məbləği Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın "Naxçıvanbank" ASC-dəki bank hesabına ödəməli və 21 noyabr 2020-ci il tarixədək ödənişə dair qəbzi təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Sınaq imtahanı Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Test mərkəzində kompüter vasitəsilə keçiriləcəkdir. Test imtahanı bitdikdən dərhal sonra namizədlərə test imtahanının nəticəsinə dair arayış təqdim ediləcəkdir.

Əlavə məlumat üçün:
Tel: (036) 545-65-71.
E-mail: dqmk@nakhchivan.az

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı