Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Bizimlə Əlaqə Qəbul günləri
Dövlətçiliyimiz
Aktual keçidlər

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan olunmuş növbəti müsabiqə başa çatıb

2015-11-25

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət orqanlarında inzibati vəzifələrin VI-VII təsnifatına uyğun vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün bu il avqustun 6-da elan edilmiş müsabiqəyə 36 dövlət orqanında 299 vakant vəzifə çıxarılmışdı. Həmin vəzifələrin tutulması üçün 445 nəfər sənəd təqdim etmişdi.
Komissiyanın test mərkəzində 16-29 sentyabr 2015-ci il tarixlərdə keçirilən və 404 namizədin iştirak etdiyi müsabiqənin test imtahanları mərhələsində namizədlərə qanunvericilik üzrə 40, dünyagörüşü üzrə 15, informasiya texnologiyaları üzrə 15, məntiqi təfəkkürün yoxlanılması üzrə 30 sual olmaqla, 100 sual təqdim edilmiş, namizədlərdən 161-i müvafiq keçid balını toplaya bilmişdir. Həmin namizədlərdən 135-i müsahibə mərhələsində iştirak etmək üçün sənəd təqdim etmişdir.
Müsahibə mərhələsinə hazırlıq üçün namizədlərə seçdikləri vəzifə üzrə proqramlar verilmiş, müsahibə qrupunun üzvləri ilə seminar-treninq keçirilmişdir.
Bu il noyabrın 10-dan 16-dək komissiyanın test mərkəzində keçirilən müsahibə mərhələsində iştirak etmiş 131 namizəddən 63-ü müvəffəqiyyət qazanmışdır. Müsahibə zamanı namizədə ixtisasına, iddia etdiyi vəzifənin qulluq funksiyasına, xarici dil biliklərinə, informasiya texnologiyalarından istifadə bacarığına uyğun suallar verilmişdir. Müsahibələrdə obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə müsahibə qrupunun tərkibində müstəqil ekspertlər, komissiyanın və dövlət orqanlarının nümayəndələri iştirak etmiş, müsahibə prosesinin videoçəkilişi aparılmışdır.
Müsabiqədə müvəffəqiyyət qazanmış 63 namizəddən 61-nin sənədləri iddia etdikləri vəzifəyə təyin olunmaq üçün dövlət orqanlarına göndərilmiş, 2 namizəd ehtiyat kadr siyahısına salınmışdır.
Namizədlərin nəzərinə
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2016 © Bütün hüquqlar qorunur.