Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Bizimlə Əlaqə Qəbul günləri
Dövlətçiliyimiz
Aktual keçidlər

Naxçıvan Dövlət Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisasının tələbələri ilə görüş keçirilmişdir

2016-03-15

“Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında”Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası məqsədilə 14 mart 2016-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələri üzrə Komissiyanın əməkdaşları tərəfindən Naxçıvan Dövlət Universitetində seminar keçirilmişdir. Naxçıvan Dövlət Universitetinin Bələdiyyə və turizm kafedrasının müdiri Hafiz Hüseynov çıxış edərək Komissiya tərəfindən keçirilən bu cür seminarların tələbələrin gələcək inkişafı üçün əhəmiyyətli olduğunu vurğulamışdır. Seminarda Komissiyanın baş məsləhətçi-hüquqşünası Türkan Gülməmmədli “Naxçıvan Muxtar Respublikasında dövlət qulluğunda kadr ehtiyatlarının idarə edilməsi” mövzusunda hazırladığı slaydlar vasitəsilə dövlətin kadr siyasəti konsepsiyası, dövlət qulluğunda kadr siyasətinin aparılması qaydaları, dövlət qulluğunun idarə olunması zamanı dövlət orqanları və onların rəhbərlərinin həyata keçirdiyi funksiyalar, dövlət qulluğuna qəbul, ehtiyat kadrlar siyahısının tərtib olunması və idarə olunması, dövlət qulluqçularının reyestrinin aparılması və digər məsələlər barədə geniş məlumat verərək çıxışında dövlətin kadr siyasəti konsepsiyasının dövlətin kadr problemlərinin həlli, kadr potensialının inkişafı və ondan səmərəli istifadə olunması məqsədilə hazırlandığını, dövlət qulluğunda çalışan hər bir işçinin peşə yüksəlişini stimullaşdırmaqla və vəzifədə irəli çəkilməsinə bərabər sosial şərait yaratmaqla onun bilik, bacarıq və səriştəsinin üzə çıxmasına hüquqi təminatların verilməsi, korrupsiyaya, süründürməçiliyə və digər neqativ xüsusiyyətlərə uğramış adamların dövlətin idarəetmə strukturlarında yerləşməsinə yol verilməməsi üçün etibarlı maneələrin qurulması və dövlət idarəetmə sferasının yüksək peşəkarlığa malik, vicdanlı,
məsuliyyətli və vətənə sədaqətli işçilərin cəlb olunması ilə komplektləşdirilməsinin dövlətin kadr siyasətinin başlıca vəzifələri olduğunu, dövlət quluğunda kadr siyasətinin dövlətə və cəmiyyətə qulluq üçün lazımi keyfiyyətlərə malik peşəkar dövlət qulluqçularının formalaşdırılması, müasir kadr mexanizminin və texnologiyasının tətbiq edilməsi və dövlət orqanlarında kadr xidmətinin rolunun və məsuliyyətinin artırılması yolu ilə realizə olunduğunu bildirmişdi. Daha sonra Komissiyanın aparıcı məsləhətçisi Zaman Bağırov “Dövlət qulluğuna dair qanunvericiliyin dövlət orqanlarında tətbiqinə nəzarət mexanizmləri” mövzusu ilə əlaqədar dövlət qulluğu haqqında qanunvericiliyə riayət olunmasına nəzarət mexanizmləri və formaları, bu sahədə Dövlət Qulluğunu İdarəetmə Şurası, Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və dövlət orqanlarının rəhbərlərinin vəzifələri və digər məsələlər barədə geniş məlumat verərək dövlət qulluğu sistemində nəzarətin dövlət quruluşunun və cəmiyyətin sabitliyinin qorunmasına imkan verən qanunlara və başqa normativ aktlara əməl etmək, dövlət hakimiyyət orqanlarına qoyulmuş qayda və prosedurlardan kənara çıxmadan bu sahədə nöqsanları vaxtında aşkar etmək, zəruri halda düzəlişlər aparmaq, vəzifəli şəxslərin məsuliyyətinin, dövlət idarəetməsinin effektivliyinin artırılması, dövlət orqanlarının sayı və onların qarşılıqlı təsiri, dövlət aparatının bürokratikləşməyə qarşı müqavimət məsələsi, kargüzarlıq sistemindən effektiv istifadə,
sənədlərin ünvanlara və icraçılara çatdırılması, onların vaxtında icrasına nəzarət və digər məsələləri həll etdiyini, həmçinin dövlət qulluğu haqqında qanunvericiliyə riayət olunmasına nəzarətin dövlət qulluğu sahəsində mövcud proseslərin nizama salınması, dövlət, dövlət orqanı və dövlət qulluqçusu arasında yaranan, davam edən və xitam olunan münasibətlərin dövlət qulluğu haqqında qanunvericiliyin tələblərinə uyğun şəkildə tənzimlənməsi məqsədilə həyata keçirildiyini qeyd etmişdir. Seminarda tələbələri maraqlandıran suallar Komissiyanın əməkdaşları tərəfindən cavablandırılmışdır. Seminarin sonunda Naxçıvan Dövlət Universitetinin rektoru Saleh Məhərrəmov sərəncamdan irəli gələn vəzifələrin icrası ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələri üzrə Komissiyanın həyata keçirdiyi tədbirləri, o cümlədən Komissiya və Universitet arasındakı əməkdaşlığı yüksək qiymətləndirmişdir.

"Bizim dövlət quruculuğunda əsas prinsipimiz hüquqi, demokratik və dünyəvi dövlət qurmaqdır".

Heydər Əliyev

Namizədlərin nəzərinə

Faydalı keçidlər

FOTOQALEREYA
-- TARİXİ ABİDƏLƏR
-- MEHMANXANA VƏ RESTORANLAR
-- MUZEYLƏR

Sayğac
Online 1
Dünən 322
Bu gün 122
Ümumi 30247
IP 54.80.189.255

Başlanma tarixi: 01 fevral 2018



Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2016 © Bütün hüquqlar qorunur.