Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Bizimlə Əlaqə Qəbul günləri
Dövlətçiliyimiz
Aktual keçidlər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada Naxçıvan Dövlət Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisasının tələbələri ilə görüş keçirilmişdir.

2016-05-13

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının icrası məqsədilə Komissiyanın tədbirlər planına uyğun olaraq 11 may 2016-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın inzibati binasında Naxçıvan Dövlət Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisasının tələbələri ilə görüş keçirilmişdir.
Əvvəlcə tələbələr Komissiyanın struktur bölmələri ilə tanış olmuş, onlara Komissiyanın fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verilmiş, “Test mərkəzi” ndə tələbələrarası müsabiqə keçirilmişdir. Komissiyanın şöbə müdiri Ümid Qurbanov tərəfindən “Dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul qaydaları” mövzusunda, şöbə müdiri Mahir Abbasov tərəfindən “Dövlət qulluqçuları reyestrinin aparılması qaydaları” mövzusunda, sektor müdiri Türkan Gülməmmədli tərəfindən “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda slaydlar vasitəsilə açıq dərslər keçirilmişdir. Görüşdə tələbələri maraqlandıran suallar Komissiyanın əməkdaşları tərəfindən ətraflı cavablandırılmışdır.
Daha sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli tələbələrə rəhbərlik etdiyi təşkilat haqqında ətraflı məlumat verərək bildirmişdir ki, Ali Məclis Sədrinin 2008-ci il 22 aprel tarixli Fərmanı ilə yaradılan Komissiya dövlət qulluğuna dair qanunvericiliyin dövlət orqanlarında tətbiqinə nəzarət edilməsini, dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsi və yerləşdirilməsini, dövlət qulluqçularının etik davranış qaydalarına əməl olunmasına nəzarət sahəsində qanunvericilikdə nəzərdə tutulmuş siyasətin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Bildirilmişdir ki, Komissiya tərəfindən indiyədək keçirilmiş 9 müsabiqədə 567 nəfər dövlət qulluğu vəzifələrinə təyin olunmuşlar. Hazırda muxtar respublikanın dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçularının təqribən 30 faizi Komissiyanın keçirdiyi müsabiqələrdə uğur qazanmış, müasir dünyagörüşünə malik, qanunvericilik və informasiya texnologiyaları üzrə bilikləri, habelə məntiqi düşüncə qabilliyyəti olan dövlət qulluqçularıdır.
İsmayıl Qəribli qeyd etmişdir ki, “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncam muxtar respublikada kadr potensialının formalaşması, yüksək intellektli mütəxəssislərin hazırlanması baxımından böyük əhəmiyyət kəsb edir. Sözügedən sərəncamdan irəli gələn vəzifələrin icrası məqsədilə Komissiyanın təcrübəli əməkdaşları tərəfindən hamiliyə götürülən ixtisasın tələbələri üçün açıq dərslər keçirilmiş, Komissiyanın yerləşdiyi binada tələbələr üçün istehsalat təcrübəsi təşkil olunmüş, tələbələr dərslik və yeni elmi nəşrlərlə təmin edilmişlər. Komissiyanın sədri bildirmişdir ki, həyata keçirilən bu tədbirlər tələbələrə elmi-nəzəri biliklərlə yanaşı, dövlət qulluğunda təcrübi biliklər aşılamaq və gələcək iş yerlərini müəyyənləşdirmək baxımından mühüm rol oynayır.
Görüşün sonunda Komissiyanın keçirdiyi müsabiqənin qalibi olmuş tələbələr mükafatlandırılmışlar.

"Bizim dövlət quruculuğunda əsas prinsipimiz hüquqi, demokratik və dünyəvi dövlət qurmaqdır".

Heydər Əliyev

Namizədlərin nəzərinə

Faydalı keçidlər

FOTOQALEREYA
-- TARİXİ ABİDƏLƏR
-- MEHMANXANA VƏ RESTORANLAR
-- MUZEYLƏR

Sayğac
Online 1
Dünən 322
Bu gün 122
Ümumi 30247
IP 54.80.189.255

Başlanma tarixi: 01 fevral 2018



Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2016 © Bütün hüquqlar qorunur.