Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Bizimlə Əlaqə Qəbul günləri
Dövlətçiliyimiz
Aktual keçidlər

20 fevral 2016-cı il tarixdə elan edilmiş müsabiqənin müsahibə mərhələsi keçirilir.

2016-05-27

Dövlət orqanlarında inzibati vəzifələrin altıncı-yeddinci təsnifatına uyğun vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 20 fevral 2016-cı il tarixdə elan edilmiş müsabiqənin müsahibə mərhələsinə 23 may 2016-cı il tarixdən start verilmişdir.
Müsahibələrdə ilk olaraq Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyində, Dövlət Sosial Müdafiə Fondunda və tabe təşkilatlarında işləmək istəyən namizədlər iştirak ediblər. Mayın 24-də Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində və Dövlət Statistika Komitəsində, mayın 25-də Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində və Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsində vakant vəzifələr üçün müsahibə mərhələsi keçirilmişdir.
Müsahibə zamanı namizədə ixtisasına, iddia etdiyi vəzifənin qulluq funksiyasına, xarici dil biliklərinə, informasiya texnologiyalarından istifadə bacarığına və dünyagörüşünə uyğun suallar verilir. Müsahibə mərhələsində obyektivliyin və şəffaflığın təmin edilməsi məqsədilə müsahibə qrupunun tərkibində müstəqil ekspertlər, komissiyanın və dövlət orqanlarının nümayəndələri iştirak edirlər. Həmçinin müsahibə prosesinin videoçəkilişi aparılır.
Qeyd edək ki, 36 dövlət orqanı üzrə müsabiqəyə çıxarılan 294 vakant vəzifədən 140-nın tutulması üçün 634 namizəd sənəd təqdim etmişdir. Test mərhələsində müvafiq keçid balını toplamış 141 namizəddən 134-ü müsahibə mərhələsində iştirak etmək üçün sənədlərini təqdim etmişdir. Müsahibələr 25 dövlət orqanında vakant vəzifələr üzrə keçirilir. Bu mərhələyə hazırlıq üçün namizədlərə seçdikləri vəzifə üzrə hazılaşmaları üçün dövlət orqanları üzrə müsahibə proqramları Komissiyanın rəsmi internet saytında yerləşdirilmiş və ümumi proqram, dövlət orqanı üzrə proqram və vəzifə üzrə proqramda ədəbiyyat siyahıları göstərilmişdir.
Müsahibəyə hazırlıq məqsədi ilə 20 may 2016-cı il tarixdə Komissiyanın akt zalında müstəqil ekspertlər, komissiyanın və dövlət orqanlarının nümayəndələri üçün seminar keçirilmişdir.
Müsahibə başa çatdıqdan dərhal sonra namizədlərin yekun bal arayışları hazırlanır və şəxsi işlərinə əlavə olunur. Qanunvericiliyə uyğun olaraq keçid balını toplamış namizəd haqqında məlumatlar Komissiyanın müşayiət məktubu ilə müvafiq dövlət orqanına təqdim olunur.
Müsahibənin nəticələri haqqında məlumatlar dərhal Komissiyanın rəsmi internet saytında yerləşdirilir.
Digər dövlət orqanları üzrə müsahibələr Komissiyanın rəsmi internet saytında yerləşdirilmiş qrafikə uyğun olaraq 31 may 2016-cı il tarixə kimi davam edəcəkdir.
Namizədlərin nəzərinə
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2016 © Bütün hüquqlar qorunur.