Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Bizimlə Əlaqə Qəbul günləri
Dövlətçiliyimiz
Aktual keçidlər

Komissiyada 2016-cı ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilmişdir

2016-08-02

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 2016-cı ilin birinci yarısında fəaliyyətini gücləndirib, qanunvericilikdən, əsasnamədən və iş planından irəli gələn vəzifələri icra edib. Hesabat dövründə dövlət qulluğuna dair qanunvericiliyin dövlət orqanlarında tətbiqinə nəzarət edilib, 4 dövlət orqanının qanunvericiliyə uyğun olmayan 4 qərarı ləğv etdirilib.
Bu sözləri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada 2016-cı ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında komissiyanın sədri İsmayıl Qəribli deyib. Bildirilib ki, dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi ilə bağlı komissiyanın 7 normativ-hüquqi aktı qəbul edilib, 2016-cı ildən ilk dəfə olaraq muxtar respublikada dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə başlanılıb.
Qeyd olunub ki, komissiya Naxçıvan Muxtar Respublikasında vətəndaşların dövlət qulluğuna qəbulunun mərkəzləşdirilmiş qaydada müsabiqə və şəffaflıq şəraitində həyata keçirilməsini təşkil edib. Dövlət orqanlarının yüksək hazırlıqlı və zəruri peşə keyfiyyətlərinə malik kadrlarla komplektləşdirilməsi məqsədilə komissiya tərəfindən elan edilmiş 2 müsabiqəyə 37 dövlət orqanından 495 vakant vəzifə çıxarılıb, həmin vəzifələrin tutulması üçün 847 nəfər sənəd təqdim edib. Müsabiqədə müvəffəqiyyət qazanmış 84 namizəddən 67-si vəzifəyə təyin olunub, 1 namizəd təklif olunan vəzifədən imtina edib,16 namizəd ehtiyat kadr siyahısına salınıb. Dövlət statistika orqanlarında inzibati vəzifələrin yeddinci təsnifatına uyğun vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqənin test imtahanları mərhələsində iştirak edən 205 namizəddən 180-i keçid balını toplaya bilib ki, hazırda müsahibə mərhələsi davam edir.
Hesabat dövründə ehtiyat kadrlarla işin təşkili diqqətdə saxlanılıb, ehtiyat kadrlar siyahısına daxil edilmiş 9 namizəd dövlət orqanlarında analoji vakant vəzifələrə təyin olunub. Komissiya tərəfindən dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün elan edilmiş müsabiqələrin test imtahanlarının keçirilməsinə köməklik göstərilib, Naxçıvan Muxtar Respublikası Prokurorluğu, Ədliyyə Nazirliyi və Vəkillər Kollegiyası üzrə vacant vəzifələrin tutulması üçün keçirilmiş test imtahanlarında iştirak edən 59 namizəddən 35-i keçid balını toplayıb.
Bundan başqa, cari ilin birinci yarısında muxtar respublikada fəaliyyət göstərən dövlət qulluqçularının Dövlət Qulluqçularının Reyestrinə daxil edilməsi başa çatdırılıb, 5 müsabiqədə iştirak edən 918 nəfərə komissiya tərəfindən elektron xidmətlər göstərilib. Komissiyanın test bazasına 700 yeni sual daxil edilib və testlərin ekspertizası keçirilib.
“Hesabat dövründə dövlət qulluğu haqqında qanunvericiliyin tətbiqi ilə bağlı maarifləndirmə tədbirləri həyata keçirilib, etik davranış qaydalarına riayət olunması, reyestrin aparılması, dövlət qulluqçularının şəxsi işinin aparılması qaydaları və digər mövzularda 182 dövlət qulluqçusunun iştirakı ilə seminarlar təşkil olunub”, – deyən İsmayıl Qəribli bildirib ki, digər mərkəzi icra hakimiyyəti orqanları ilə münasibətlər gücləndirilib, dövlət orqanlarının kadr qurumlarına metodik köməklik göstərilib.
Sonra komissiyanın şöbə müdirləri Ümid Qurbanov və Mahir Abbasov, sektor müdiri Türkan Gülməmmədli məruzə ətrafında çıxış ediblər.
Kollegiya iclasına komissiyanın sədri İsmayıl Qəribli yekun vurub.
Namizədlərin nəzərinə
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2016 © Bütün hüquqlar qorunur.