Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Bizimlə Əlaqə Qəbul günləri
Dövlətçiliyimiz
Aktual keçidlər

Naxçıvan Muxtar Respublikasının vergi orqanlarında vakant vəzifələrin tutulması üçün test imtahanı keçirilmişdir

2016-11-28

Vergi orqanlarında vakant vəzifələrinin tutulması üçün bu il oktyabr ayının 3-də elan edilmiş müsabiqəyə 31 vakant vəzifə çıxarılmış, həmin vəzifələrin tutulması üçün 108 namizəd sənəd təqdim etmişdir.
Komissiyanın test mərkəzində 24-25 noyabr 2016-cı il tarixlərdə keçirilən və 99 namizədin iştirak etdiyi müsabiqənin test imtahanları mərhələsində namizədlərə ixtisas üzrə 95, məntiqi təfəkkürün yoxlanılması üzrə 5 sual olmaqla 100 sual təqdim edilmişdir. İmtahanda iştirak edən 99 nəfərdən 13 nəfəri keçid balını toplayaraq müsahibə mərhələsində iştirak etmək hüququ qazanmışdır.
Sualları cavablandırmaq üçün namizədlərə 2 saat 30 dəqiqə vaxt verilmişdir.
Test imtahanında obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılmışdır. Test imtahanı bitdikdən dərhal sonra namizədlərə cavab kartı və test imtahanının nəticəsinə dair arayış təqdim edilmişdir.
Namizədlərin nəzərinə
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2016 © Bütün hüquqlar qorunur.