Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Bizimlə Əlaqə Qəbul günləri
Dövlətçiliyimiz
Aktual keçidlər

“Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi” və “Dövlət qulluqçularının vəzifə təlimatlarının hazırlanması” mövzularında seminar keçirilmişdir.

2017-04-21

21 aprel 2017-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada 51 dövlət orqanı nümayəndəsinin iştirakı ilə “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi” və “Dövlət qulluqçularının vəzifə təlimatlarının hazırlanması” mövzularında seminar keçirilmişdir. Seminarda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli çıxış edərək bildirmişdir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 30-1-ci maddəsinə əsasən, inzibati vəzifə tutan dövlət qulluqçularının illik xidməti fəaliyyəti qiymətləndirilməlidir.
Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsində məqsəd onun il ərzində vəzifəsinin öhdəsindən gəlməsini, tutduğu vəzifəyə dair tələblərin yerinə yetirilməsini qiymətləndirməkdən və dövlət qulluqçusunun gələcək inkişafını müəyyən etməkdən ibarətdir. Qeyd olunan normanın Naxçıvan Muxtar Respublikasında icrasının təmin edilməsi məqsədilə 2016-cı ildə ilk dəfə olaraq muxtar respublikada dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə başlanılmışdır. 2016-cı ildə inzibati vəzifə tutan 1522 dövlət qulluqçusunun xidməti fəaliyyəti qiymətləndirilməsi həyata keçirilmişdir.
Onlardan 167 nəfərin (11 %) fəaliyyəti əla, 949 nəfərin (62,3 %) yaxşı, 388 nəfərin (25,5 %) kafi və 18 nəfərin (1,2%) isə qeyri-kafi olaraq qiymətləndirilmişdir. Lakin xidməti fəaliyyətin qiymətləndirilməsi zamanı bəzi çatışmazlıqlar müşahidə olunmuşdur. Belə ki, əksər dövlət orqanlarında xidməti fəaliyyətin qiymətləndirilməsinə məsul olan şəxslər tərəfindən müvafiq sənədlərin tərtib edilməsi zamanı müddətlərə əməl edilməmiş, rüblük qeydlər aparılmamış, dövlət qulluqçuları il ərzində həyata keçirəcəkləri tapşırıqlarla vaxtında tanış edilməmişdir. Bugünkü seminarın keçirilməsində əsas məqsəd xidməti fəaliyyətin qiymətləndirilməsi zamanı ortaya çıxan çatışmazlıqların diqqətə çatdırılması və cari ildə bu işin qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsinin təmin edilməsidir. İsmayıl Qəribli qeyd etmişdir ki, vəzifə təlimatları dövlət qulluqçusunun tutduğu vəzifənin funksiyalarının təsvir edilməsi üçün tərtib edilir. Dövlət qulluqçusu fəaliyyətini vəzifə təlimatlarının tələblərinə uyğun olaraq həyata keçirməlidir. Həmçinin xidməti fəaliyyətin qiymətləndirilməsi aparılan zaman dövlət qulluqçusunun il ərzində icrası üçün nəzərdə tutulmuş tapşırıqlar onun vəzifə təlimatlarında göstərilmiş qulluq funksiyalarına uyğun olmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən vəzifə təlimatlarında hər hansı əlavə və dəyişiklik olduqda, dövlət orqanı bu barədə bir ay müddətində həmin məlumatları Komissiyaya təqdim etməlidir.
Seminarda Komissiyanın sektor müdiri Türkan Gülməmmədli tərəfindən dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydaları izah edilmiş, bildirilmişdir ki, inzibati vəzifələrin üçüncü-yeddinci təsnifatına uyğun inzibati vəzifə tutan dövlət qulluqçusunun xidməti fəaliyyəti qiymətləndirilir. Qaydalara əsasən dövlət qulluqçusunun yanvar ayının 1-dən dekabr ayının 31-dək olan xidməti fəaliyyət dövrü təqvim ilinin sonunda qiymətləndirilir. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi onun bilavasitə tabe olduğu şəxs tərəfindən həyata keçirilir. Dövlət orqanı üzrə qiymətləndirilmənin nəticələrinə görə yekun hesabat isə mart ayının 1-dək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya təqdim edilməlidir.
Seminarda Komissiyanın şöbə müdiri Ümid Qurbanov tərəfindən bildirilmişdir ki, vəzifə təlimatı kadrların idarə edilməsi sisteminin müxtəlif fəaliyyətlərində istifadə edilən vacib elementdir. Vəzifə təlimatları qanunvericiliyin tələblərinə uyğun olaraq hazırlanır və dövlət orqanı rəhbərinin əmri ilə təsdiq olunur. Dövlət qulluqçusu vəzifə təlimatlarında nəzərdə tutulmuş şərtlərə cavab verməli və səlahiyyətlərini vəzifə təlimatlarına uyğun həyata keçirməlidir. Vəzifə təlimatları hazırlanarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 143 nömrəli qərarı ilə təsdiq olunmuş “İnzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulmasının Ümumi Şərtləri”ndə göstərilmiş tələblərə riayət olunmalıdır.
Keçirilən seminarda mövzularla bağlı slaydlar nümayiş olunmuşdur. Sonda seminar iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılmışdır.

"Bizim dövlət quruculuğunda əsas prinsipimiz hüquqi, demokratik və dünyəvi dövlət qurmaqdır".

Heydər Əliyev

Namizədlərin nəzərinə

Faydalı keçidlər

FOTOQALEREYA
-- TARİXİ ABİDƏLƏR
-- MEHMANXANA VƏ RESTORANLAR
-- MUZEYLƏR

Sayğac
Online 2
Dünən 322
Bu gün 122
Ümumi 30247
IP 54.80.189.255

Başlanma tarixi: 01 fevral 2018



Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2016 © Bütün hüquqlar qorunur.