Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Bizimlə Əlaqə Qəbul günləri
Dövlətçiliyimiz
Aktual keçidlər

İyul ayının 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada 2017-cı ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilmişdir.

2017-07-26

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli kollegiya iclasını giriş sözü ilə açaraq məruzə edib. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 2017-cı ilin 6 ayı ərzində öz fəaliyyətini gücləndirmiş, qanunvericilikdən, Əsasnamədən və İş Planından irəli gələn vəzifələri icra etmişdir. Hesabat dövründə dövlət qulluğuna dair qanunvericiliyin dövlət orqanlarında tətbiqinə nəzarət edilmiş, 3 dövlət orqanının qanunvericiliyə uyğun olmayan 3 qərarı ləğv etdirilmişdir.
Qeyd olunub ki, Komissiya Naxçıvan Muxtar Respublikasında vətəndaşların dövlət qulluğuna qəbulunun mərkəzləşdirilmiş qaydada müsabiqə və şəffaflıq şəraitində həyata keçirilməsini təşkil edir. Hazırda Komissiya tərəfindən dövlət orqanlarında inzibati vəzifələrin tutulması üçün elan edilmiş müsabiqəyə sənəd qəbulu davam edir. Müsabiqəyə 49 dövlət orqanından 642 vakant vəzifə çıxarılmışdır ki, onlardan 1-i inzibati vəzifələrin dördüncü, 22-si inzibati vəzifələrin beşinci, 93-ü inzibati vəzifələrin altıncı, 526-sı isə yeddinci təsnifatına aiddir. Hesabat dövründə bir sıra dövlət orqanları üçün daxili müsabiqələrin, şöbə və sektor müdiri vəzifəsinin tutulması üçün test imtahanlarının keçirilməsi təmin edilmişdir.
2016-cı ilin birinci yarısında muxtar respublikada fəaliyyət göstərən dövlət qulluqçularının Dövlət Qulluqçularının Reyestrinə daxil edilməsi işi davam etdirilmiş, 2419 dövlət qulluqçusu barədə məlumatlar Reyestrə daxil edilmişdir. Dövlət qulluğunda çalışan şəxslərin 26 faizini gənclər, 22,5 faizini qadınlar təşkil etmişdir. Komissiyanın test bazasının yeni suallarla zənginləşdirilməsi və testlərin ekspertizasının davam etdirilməsi diqqətdə saxlanılmış, Test bazasında olan suallar qanuvericiliyə edilən dəyişikliklərə uyğunlaşdırılmış, 590 yeni test tapşırığı tərtib edilərək ekspertizadan keçirilmiş və test bankına əlavə olunmuşdur.
“Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli Sərəncamından irəli gələn vəzifələrin icra edilməsi məqsədilə Naxçıvan Dövlət Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisasının tələbələri üçün tədris ili ərzində Komissiyanın təcrübəli əməkdaşları tərəfindən ayda iki dəfə açıq dərslər keçirilmiş, Komissiyanın inzibati binasında tələbələrin təcrübə keçmələri təşkil edilmişdir.
Dövlət qulluğu sahəsində qəbul edilmiş normativ hüquqi aktların dövlət qulluqçuları tərəfindən öyrənilməsi ilə bağlı maarifləndirici tədbirlər hesabat dövründə diqqət mərkəzində saxlanılmış, keçirilən seminarlarda ümumilikdə, inzibati vəzifə tutan 152 dövlət qulluqçusu iştirak etmişdir. Bundan başqa, digər mərkəzi icra hakimiyyəti orqanları ilə münasibətlər gücləndirilmişdir, deyən İsmayıl Qəribli bildirmişdir ki, dövlət orqanlarının kadr qurumları ilə mütəmadi əlaqə saxlanılmış, dövlət qulluqçularının şəxsi işlərinin və reyestrin aparılması qaydası, ixtisas dərəcələrinin verilməsi və digər məsələlərlə bağlı metodiki köməklik göstərilmişdir.
Sonra Komissiyanın şöbə müdiri Mahir Abbasov, şöbə müdiri vəzifəsini icra edən Samiq Salayev və sektor müdiri Türkan Gülməmmədli məruzə ətrafında çıxış ediblər.
Kollegiya iclasına Komissiyanın sədri İsmayıl Qəribli yekun vuraraq qarşıda duran vəzifələrdən danışmışdır.
Namizədlərin nəzərinə
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2016 © Bütün hüquqlar qorunur.