Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Bizimlə Əlaqə Qəbul günləri
Dövlətçiliyimiz
Aktual keçidlər

Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi aparatına qəbul üçün test imtahanı keçirilmişdir.

2017-08-17

16 avqust 2017-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Test mərkəzində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi aparatında vakant vəzifələrin tutulması üçün elan edilmiş müsabiqənin test imtahanı keçirilmişdir.
Müsabiqədə 12 vakant vəzifənin tutulması üçün sənəd təqdim etmiş 37 namizəddən 35-i test imtahanında iştirak etmişdir. İmtahan başlanmamışdan əvvəl namizədlərə slayd vasitəsilə imtahan və test proqramından istifadə qaydaları haqqında məlumat verilmişdir. İmtahanda namizədlərə ixtisas üzrə 80, məntiqi təfəkkürün yoxlanılması üzrə 20 sual olmaqla 100 sual təqdim edilmiş, sualları cavablandırmaq üçün 3 saat vaxt verilmişdir. Test imtahanında obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılmışdır. Test imtahanı bitdikdən dərhal sonra namizədlərə cavab kartı və test imtahanının nəticəsinə dair arayış təqdim edilmişdir. Test imtahanında Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşları müşahidəçi kimi iştirak etmişlər.
İmtahanda keçid balını toplamış namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanmışlar.
Namizədlərin nəzərinə
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2016 © Bütün hüquqlar qorunur.