Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Bizimlə Əlaqə Qəbul günləri
Dövlətçiliyimiz
Aktual keçidlər

DÖVLƏT QULLUĞUNA QƏBUL OLMAQ İSTƏYƏNLƏRİN NƏZƏRİNƏ!

2017-11-08

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün hazırlıq kursları təşkil edir.
Hazırlıq kursu Komissiyanın inzibati binasında təşkil olunacaqdır.
Aylıq ödəniş 100 manat olan hazırlıq kursu qanunvericilik, dünyagörüşü, informasiya texnologiyaları və məntiq üzrə aparılacaqdır. Qanunvericilik və dünyagörüşü Komissiyanın təcrübəli əməkdaşları tərəfindən, informasiya texnologiyaları və məntiq isə “İstedad-XXI əsr” hazırlıq kurslarından cəlb olunmuş mütəxəssislər tərəfindən aparılacaqdır.
3 aylıq kurs dövlət qulluğuna qəbul üzrə test imtahanı proqramına uyğun olaraq təşkil ediləcəkdir. Hər bir sahə üzrə dərslər həftədə 2 dəfə keçiriləcək. Hər ayın sonunda iştirakçıların hazırlıq səviyyəsini müəyyən etmək üçün Komissiyanın Test mərkəzində ödənişsiz sınaq imtahanları aparılacaqdır.
Hazırlıq kursuna qəbul üçün qeydiyyat Komissiyanın inzibati binasında (Naxçıvan şəhəri, C.Məmmədquluzadə küçəsi, 23) aparılır.

Əlaqə telefonu: (036) 545-65-71
Namizədlərin nəzərinə
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2016 © Bütün hüquqlar qorunur.