Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Bizimlə Əlaqə Qəbul günləri
Dövlətçiliyimiz
Aktual keçidlər

12 iyul 2017-ci il tarixdə elan edilmiş müsabiqənin müsahibə mərhələsi keçirilir.

2017-11-08


Dövlət orqanlarında inzibati vəzifələrin dördüncü-yeddinci təsnifatına uyğun vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 12 iyul 2017-ci il tarixdə elan edilmiş müsabiqənin müsahibə mərhələsinə 6 noyabr 2017-ci il tarixdən start verilmişdir. Müsahibələrdə ilk olaraq Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyində, Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasında və Səhiyyə Nazirliyində işləmək istəyən namizədlər iştirak ediblər. Namizədlərin daha çox müraciət etdikləri dövlət orqanları arasında Təhsil Nazirliyi, Maliyyə Nazirliyi, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi və Mərkəzi Seçki Komissiyası üstünlük təşkil etmişdir.
Müsahibə zamanı namizədə ixtisasına, iddia etdiyi vəzifənin qulluq funksiyasına, xarici dil biliklərinə, informasiya texnologiyalarından istifadə bacarığına və dünyagörüşünə uyğun suallar verilir. Müsahibə mərhələsində obyektivliyin və şəffaflığın təmin edilməsi məqsədilə müsahibə qrupunun tərkibində müstəqil ekspertlər, Komissiyanın və dövlət orqanlarının nümayəndələri iştirak edirlər. Həmçinin müsahibə prosesinin videoçəkilişi aparılır.
Qeyd edək ki, 49 dövlət orqanı üzrə müsabiqəyə çıxarılan 642 vakant vəzifənin tutulması üçün 744 namizəd sənəd təqdim etmişdir. Test mərhələsində müvafiq keçid balını toplamış 389 namizəddən 312-si müsahibə mərhələsində iştirak etmək üçün sənədlərini təqdim etmişdir. Bu mərhələyə hazırlıq üçün namizədlərə seçdikləri vəzifə üzrə hazılaşmaları üçün dövlət orqanları üzrə müsahibə proqramları Komissiyanın rəsmi internet saytında yerləşdirilmiş və ümumi proqram, dövlət orqanı üzrə proqram və vəzifə üzrə proqramda ədəbiyyat siyahıları göstərilmişdir.
Müsahibəyə hazırlıq məqsədi ilə 1 noyabr 2017-cı il tarixdə Komissiyanın akt zalında müstəqil ekspertlər və dövlət orqanlarının nümayəndələri üçün seminar keçirilmişdir.
Müsahibə başa çatdıqdan dərhal sonra namizədlərin yekun bal arayışları hazırlanır və şəxsi işlərinə əlavə olunur. Qanunvericiliyə uyğun olaraq keçid balını toplamış namizəd haqqında məlumatlar Komissiyanın müşayiət məktubu ilə müvafiq dövlət orqanına təqdim olunur. Müsahibənin nəticələri haqqında məlumatlar dərhal Komissiyanın rəsmi internet saytında yerləşdirilir.
Digər dövlət orqanları üzrə müsahibələr Komissiyanın rəsmi internet saytında yerləşdirilmiş qrafikə uyğun olaraq 23 noyabr 2017-cı il tarixə kimi davam edəcəkdir.
Namizədlərin nəzərinə
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2016 © Bütün hüquqlar qorunur.