Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Bizimlə Əlaqə Qəbul günləri
Dövlətçiliyimiz
Aktual keçidlər

GÖMRÜK VƏ MİQRASİYA ORQANLARINDA XİDMƏTƏ QƏBUL OLMAQ İSTƏYƏNLƏRİN NƏZƏRİNƏ!

2017-11-30

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın inzibati binasında gömrük və miqrasiya orqanlarında xidmətə qəbul üçün hazırlıq kursları təşkil olunacaqdır.
Gömrük orqanlarına hazırlıq NDU-nun müəllimi, Naxçıvan MR Dövlət Gömrük Komitəsinin əməkdaşı Rüfət Əliyev, miqrasiya orqanlarına hazırlıq isə NDU-nun müəllimi, hüquqşünas Türkan Gülməmmədli tərəfindən aparılacaqdır.
Gömrük orqanlarına xidmətə qəbul üçün hazırlıq kursu 4 ay, miqrasiya orqanlarında xidmətə qəbul üçün hazırlıq kursları 2 ay davam edəcək və kurslar test imtahanı proqramına uyğun olaraq təşkil ediləcəkdir.
Hər iki sahə üzrə dərslər həftədə 2 dəfə keçiriləcək və aylıq ödəniş 125 manatdır.
Hazırlıq kursuna qəbul üçün qeydiyyat Komissiyanın inzibati binasında (Naxçıvan şəhəri, C.Məmmədquluzadə küçəsi, 23) aparılır.
Əlaqə telefonu: (036) 545-65-71
Namizədlərin nəzərinə
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2016 © Bütün hüquqlar qorunur.