Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Naxçıvan MR Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
Bizimlə Əlaqə Qəbul günləri
Dövlətçiliyimiz
Aktual keçidlər

№ 156-IIQ / 22.06.2001 (01.09.2001) Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında
Qanunlar

Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Maddə 1. Qanunun məqsədi

Bu Qanun dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün, onların səhhətini və fizioloji vəziyyətini nəzərə alaraq qısaldılmış iş vaxtını müəyyən edir.

Maddə 2. Qısaldılmış iş vaxtının müddəti

Dövlət qulluğunda olan I və II qrup əlillərə, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə, hamilə və yaşyarımadək uşağı olan qadınlara və yaşyarımadək uşaqlarını qanunvericiliklə müəyyən edilmiş səbəblərdən təkbaşına böyüdən atalara 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlərə, habelə uşaqların qəyyumlarına, himayədarlarına həftədə 36 saat iş vaxtı müəyyən edilir.

Maddə 3. Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün iş vaxtı müddətinin artırılmasının qadağan olunması

Bu Qanunun 2-ci maddəsində göstərilmiş dövlət qulluqçuları üçün «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsi ilə nəzərdə tutulmuş iş vaxtının artırılması qadağan olunur.

Maddə 4. Qanunun qüvvəyə minməsi

Bu Qanun 2001-ci il sentyabrın 1-dən qüvvəyə minir.

Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 iyun 2001-ci il
№ 156-IIQ

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

1. 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602)

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə 2-ci maddəsində “əlillərə” sözündən sonra “, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə” sözləri əlavə edilsin.
Namizədlərin nəzərinə
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2016 © Bütün hüquqlar qorunur.