Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK
№ 515-IIQ / 07.11.2003 Azərbaycan Respublikasının «Dövlət qulluğunda fərqlənməyə görə» medalının əsasnaməsinin və təsvirinin təsdiq edilməsi barədə
Qanunlar

Azərbaycan Respublikasının «Dövlət qulluğunda fərqlənməyə görə» medalının əsasnaməsinin və təsvirinin təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Azərbaycan Respublikasının «Dövlət qulluğunda fərqlənməyə görə» medalının Əsasnaməsi və təsviri təsdiq edilsin (əlavə olunur).

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 noyabr 2003-cü il
№ 515-IIQ

Azərbaycan Respublikasının
2003-cü il 7 noyabr tarixli 515-IIQ qanunu ilə
TƏSDIQ EDILMIŞDIR

Azərbaycan Respublikasının «Dövlət qulluğunda fərqlənməyə görə» medalının
ƏSASNAMƏS İ

1. Azərbaycan Respublikasının «Dövlət qulluğunda fərqlənməyə görə» medalı dövlət qulluqçularına aşağıdakılara görə verilir: milli dövlət quruculuğu sahəsinə aid mühüm layihələrin hazırlanmasında və onların həyata keçirilməsində fəal iştiraka görə; dövlət orqanlarında vicdanlı fəaliyyətə və xüsusi xidmətlərə görə.
2. «Dövlət qulluğunda fərqlənməyə görə» medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır.

AzərbaycanRespublikasının
2003-cü il 7 noyabr tarixli 515-IIQ qanunu ilə
TƏSDIQ EDILMIŞDIR

“Dövlət qulluğunda fərqlənməyə görə” medalının
TƏSVİRİ

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı bürüncdəndir, diametri 35 mm olan milli ornamentlərlə naxışlanmış lövhə şəklində tərtib edilmişdir. İkinci səviyyədə olan lövhənin mərkəzində Azərbaycan Respublikasının Dövlət Gerbi təsvir edilmişdir. Gerbin ətrafı boyunca paylanan şüaların üstündə “Dövlət qulluğunda fərqlənməyə görə” sözləri yazılmışdır. Bütün yazılar və təsvirlər qabarıqdır.
Medalın arxa tərəfi hamar səthlidir, ortasında medalın seriyası və nömrəsi həkk olunmuşdur.
Medal paltara bərkidilmək üçün elementi olan 37 mm x 50 mm ölçüdə qırmızı çalarlı, mərkəzində açıq-qızılı milli ornament, kənarlarında 2 mm ölçülü açıq-qızılı və 1 mm ölçülü qara rəngli şaquli zolaqlar təsvir olunmuş düzbucaqlı xara lenti halqa və ilgək vasitəsilə birləşdirilir. Xara lentin yuxarı hissəsinə 40 mm x 5 mm ölçüdə, aşağı hissəsinə aypara və səkkizguşəli ulduz yerləşdirilmiş mərkəzindən kənarlarına doğru şüalar istiqamətlənmiş, eni kənarlarda 10 mm, mərkəzdə 7 mm olan bürünc rəngli təbəqə bərkidilir.
Medala paltara bərkildilmək üçün elementi olan, milli ornamentlə naxışlanan eyni xara lentdən hazırlanmış 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı