Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
DQMK

Sənədin elektron variantı

NAXÇIVAN MUXTAR RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN

Q Ə R A R I

 

"Naxçıvan Muxtar Respublikasında dövlət qulluğu vəzifələri
üzrə test imtahanından keçmək barədə Sertifikatın
Forması"nın təsdiq edilməsi haqqında


"Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli 87 nömrəli qərarına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:
"Naxçıvan Muxtar Respublikasında dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması" təsdiq edilsin (əlavə olunur).

 

Naxçıvan Muxtar Respublikasının
                 Baş naziri:                                                 Ə.Baxşıyev

27 may 2017-ci il

№ 49

 



Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin
2017-ci il 27 may tarixli 49 nömrəli qərarı ilə
təsdiq edilmişdir


Naxçıvan Muxtar Respublikasında dövlət qulluğu
vəzifələri üzrə test imtahanından keçmək barədə

S E R T İ F İ K A T I N    F O R M A S I

1. Qanunvericiliyə əsasən test imtahanından müəyyən edilmiş keçid balını toplayan şəxsə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (bundan sonra – Komissiya) tərəfindən inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq dövlət qulluğunun müvafiq inzibati vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən Sertifikat (bundan sonra – Sertifikat) verilir. Şəxs dövlət qulluğu vəzifələri üzrə bir neçə Sertifikat ala bilər.
2. Sertifikatın verilməsi üçün inzibati və yardımçı vəzifələr A, B, C və D A və B növləri üzrə aşağıdakı qruplara bölünür:
2.1. A növü - inzibati rəhbər (idarəetmə) vəzifələr üzrə:
2.1.1. AA qrupu;
2.1.2. AB qrupu;
2.1.3. AC qrupu;
2.2. B növü - inzibati icraçı vəzifələr üzrə:
2.2.1. BA qrupu;
2.2.2. BB qrupu;
2.3. C növü - yardımçı kargüzarlıq vəzifələri üzrə:
2.3.1. CA qrupu;
2.4. D növü - yardımçı texniki vəzifələr üzrə:
2.4.1. DA qrupu.
3. A, B, C və D
A və B növünə daxil olan qruplar inzibati və yardımçı vəzifələrin təsnifatına uyğun olaraq, bu Formanın əlavəsində göstərilən altqruplara bölünür. Sertifikatlar altqruplara daxil olan vəzifələrə uyğun olaraq verilir.
4. Vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər.
5. Sertifikat xüsusi mühafizə nişanları olan blankda tərtib edilir. Blank A 4 formatdadır.
6. Sertifikatda aşağıdakılar göstərilir:
6.1. Sertifikatın yuxarı hissəsində Dövlət gerbinin rəngli təsviri;
6.2. Dövlət gerbinin altında birinci sətirdə "Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya", ikinci sətirdə "Dövlət qulluğu vəzifəsi üzrə test imtahanını keçməyi təsdiq edən" sözləri, üçüncü sətirdə "Sertifikat" sözü;
6.3. "Sertifikat" sözünün qarşısında Sertifikatın qeydiyyat nömrəsi;
6.4. Sertifikat sahibinin Fərdi İdentifikasiya Nömrəsi, soyadı, adı və atasının adı;
6.5. imtahan nəticələri (sualların sayı, toplanması mümkün olan maksimal bal, imtahanda toplanılan bal və imtahan nəticələrinə dair digər məlumatlar);
6.6. Sertifikatın müsahibədə iştirak etmək hüququ verdiyi vəzifə (növü, təsnifatı, qrupu və altqrupu);
6.7. aşağıdakı məzmunda Qeyd:
"Qeyd. Bu Sertifikat qanunvericiliklə və vəzifə təlimatları ilə müəyyən edilmiş tələb və şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşına "Naxçıvan Muxtar Respublikasında dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması"nın təsdiq edilməsi haqqında" Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2017-ci il 27 may tarixli 49 nömrəli qərarında nəzərdə tutulmuş qrup və altqruplara aid vəzifələr üzrə müsahibədə iştirak etmək hüququ verir.";
6.8. Sertifikatın verilməsi barədə Komissiyanın qərarı (qərarın nömrəsi, tarixi və Sertifikatın etibarlılıq müddəti);
6.9. Komissiyanın sədrinin adı, soyadı, imzası və möhür.
7. Sertifikat blankının nümunəsi Komissiya tərəfindən müəyyən edilir.
8. Sertifikat namizəddə saxlanılır. Sertifikat yalnız şəxsiyyəti təsdiq edən sənədlə birgə təqdim edildikdə etibarlıdır.
9. Sertifikat əvvəlki nömrəsi saxlanılmaqla aşağıdakı hallarda dəyişdirilə bilər:
9.1. namizədin soyadı, adı, atasının adı dəyişdikdə;
9.2. Sertifikatda yazılan məlumatlarda yanlışlıq və ya səhv aşkar edildikdə;
9.3. Sertifikat yararsız hala düşdükdə.
10. Sertifikat itirildikdə onun dublikatı verilir.
11. Komissiya dövlət qulluğu vəzifələri üzrə verdiyi sertifikatların uçotunu aparır.


"Naxçıvan Muxtar Respublikasında
dövlət qulluğu vəzifələri üzrə test
imtahanından keçmək barədə
Sertifikatın Forması"na əlavə

 

Dövlət qulluğu vəzifələri üzrə Sertifikatın verilməsi üçün inzibati
yardımçı
vəzifələrin növləri, qrupları və altqrupları

 

Vəzifə növü

Vəzifə qrupu

Vəzifə altqrupu

Altqrupa daxil olan vəzifələr

1

2

3

4

A

AA

AA2

inzibati vəzifələrin 2-ci təsnifatı üzrə:
dövlət orqanlarında aparat rəhbəri.

AA4

inzibati vəzifələrin 3-cü təsnifatı üzrə:
dövlət orqanlarında aparat rəhbərinin müavini;
şöbə müdiri.

AB

AB1

inzibati vəzifələrin 4-cü təsnifatı üzrə:
sektor müdiri.

AB2

inzibati vəzifələrin 4-cü təsnifatı üzrə:
şöbə müdirinin müavini.

AB3

inzibati vəzifələrin 5-ci təsnifatı üzrə:
sektor müdiri;
şöbə müdiri;
mərkəzi icra hakimiyyəti orqanlarında aparat rəhbəri.
fondun icraçı direktoru;
dövlət orqanı rəhbərinin köməkçisi.

AB4

inzibati vəzifələrin 5-ci təsnifatı üzrə:
şöbə müdirinin müavini.
mərkəzi icra hakimiyyəti orqanı rəhbərinin köməkçisi;
Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının Naxçıvan Muxtar Respublikası üzrə idarələrinin rəhbərləri və müavinləri.

AC

AC1

inzibati vəzifələrin 5-ci təsnifatı üzrə:
mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələrinin rəhbərləri;
mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların rəhbərləri;
mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətlərinin rəhbərləri.

AC2

inzibati vəzifələrin 6-cı təsnifatı üzrə:
şöbə müdiri;
sektor müdiri;
mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların yerli bölmələrinin rəhbərləri;
mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətlərinin yerli bölmələrinin rəhbərləri.

AC3

inzibati vəzifələrin 6-cı təsnifatı üzrə:
mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələrinin rəhbərlərinin müavinləri;
mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların yerli bölmələrinin rəhbərlərinin müavinləri;
mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətlərinin yerli bölmələrinin rəhbərləri.nin müavinləri;
şöbə müdirinin müavini;
mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların rəhbərlərinin müavinləri;
mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətlərinin rəhbərlərinin müavinləri.

AC4

inzibati vəzifələrin 7-ci təsnifatı üzrə:
sektor müdiri.
yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, onun müavini;
dövlət orqanı rəhbərinin köməkçisi.

B

BA

BA1

inzibati vəzifələrin 4-cü təsnifatı üzrə: baş məsləhətçi; baş mühasib; böyük məsləhətçi.

BA2

inzibati vəzifələrin 4-cü təsnifatı üzrə: aparıcı məsləhətçi; məsləhətçi.

BA3

inzibati vəzifələrin 5-ci təsnifatı üzrə: baş məsləhətçi; baş mühasib; böyük məsləhətçi.

BA4

inzibati vəzifələrin 5-ci təsnifatı üzrə: aparıcı məsləhətçi; məsləhətçi; hakim köməkçisi; məhkəmə iclasının katibi.

BB

BB1

inzibati vəzifələrin 6-cı təsnifatı üzrə: baş məsləhətçi; baş mühasib; böyük məsləhətçi.

BB2

inzibati vəzifələrin 6-cı təsnifatı üzrə: aparıcı məsləhətçi; məsləhətçi; hakim köməkçisi; məhkəmə iclasının katibi.

BB3

inzibati vəzifələrin 7-ci təsnifatı üzrə: baş məsləhətçi; baş mühasib; böyük məsləhətçi.

BB4

inzibati vəzifələrin 7-ci təsnifatı üzrə: aparıcı məsləhətçi; məsləhətçi; hakim köməkçisi;  məhkəmə iclasının katibi.

C

CA

CA3

yardımçı vəzifələrin 3-cü təsnifatına aid kargüzarlıq tipli vəzifələr (katibə, kargüzar və s.)

CA4

yardımçı vəzifələrin 4-cü təsnifatına aid kargüzarlıq tipli vəzifələr (katibə, kargüzar və s.)

D

DA

DA3

yardımçı vəzifələrin 3-cü təsnifatına aid texniki vəzifələr (sürücü, liftçi və s.)

DA4

yardımçı vəzifələrin 4-cü təsnifatına aid texniki vəzifələr(sürücü, liftçi və s.)

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya - 2019 © Bütün hüquqlar qorunur.
  Yuxarı