VƏZİFƏ TƏLİMATI

Vəzifə kodu: 710116
Dövlət orqanının adı: Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi
Şöbənin adı:  
Vəzifənin adı: Məsləhətçi məhkəmə iclas katibi
Vəzifə maaşı: 660 manat
Vəzifə təsnifatı: İnzibati vəzifənin 6-cı təsnifatı
İş yerinin ünvanı: Naxçıvan MR, Naxçıvan şəhəri, 49-cu məhəllə
Bilavasitə tabe olduğu şəxs: Məhkəmənin sədri
Qulluq funksiyaları:

-məhkəmə iclasının hazırlanması və keçirilməsi ilə əlaqədar zəruri olan təşkilati işlərin həyata keçirilməsi;
-məhkəmə iclasına çağırılanlardan gələnlərin şəxsiyyətinin müəyyənləşdirilməsi, gəlməyənlərə bildirişlərin verilib- verilmədiyininaydınlaşdırılması, onların gəlməmələrinin səbəbləri barədə əldə etdiyi məlumatların məhkəmə heyətinə çatdırılması;
-məhkəmə iclası protokolunun aparılmasının təmin edilməsi; -məhkəmə iclası protokolunda məhkəmə icraatının gedişim, məhkəmə qərarlarını, məhkəmə iclasında iştirak edən şəxslərin vəsatətlərini, etirazlarını, ifadələrini, izahatlarını, habelə məhkəmə iclasının protokolunda göstərilməli olan digər halların qeydiyyatının təmin edilməsi;
-icraatı başa çatmış işlərdə olan sənədlərin siyahısının tərtib edilməsi və müvafiq vəzifəli şəxsə təhvil verilməsi;
-məhkəmə sədrinin tapşırığı ilə və öz səlahiyyətləri daxilində digər işlərin həyata keçirilməsi;
-qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələrin yerinə yetirilməsi və s.

Təhsilə dair tələblər: Hüquqşünaslıq və beynəlxalq hüquq ixtisası üzrə ali təhsil
İş stajına dair tələblər: Tələb müəyyən edilmir
Kompüter biliklərinə dair tələblər: MS WINDOWS, MS OFFICE, İNTERNET və s. (orta səviyyədə)
Xarici dil bilikləri: İngilis dili-B1
Təşkilatçılıq səriştəsi: Yüksək səviyyədə
Problemi həll etmək səriştəsi: Yüksək səviyyədə
Qərarvermə qabiliyyəti: Yüksək səviyyədə
Ünsiyyət qabiliyyəti: Yüksək səviyyədə
Bilməlidir:

Azərbaycan Respublikasının Konstitusiyasını. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasını. Azərbaycan Respublikasının Mülki Məcəlləsini. Azərbaycan Respublikasının Mülki-Prosessual və İnzibati Prosessual Məcəllələrini, Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında", “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında", “Vətəndaşların müraciətləri haqqında”, “Məhkəmələr və hakimlər haqqında" qanunlarını. Azərbaycan Respublikası qanunlarını. Məhkəmələrdə karguzarlığınaparılmasına dair təlimatı.  dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ıxtısas biliklərini. Azərbaycan və Naxçıvan haqqında ümumi məlumatları