VƏZİFƏ TƏLİMATI

Vəzifə kodu: 720106
Dövlət orqanının adı: Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsi
Şöbənin adı:  
Vəzifənin adı: Məsləhətçi-Məhkəmə iclas katibi
Vəzifə maaşı: 435 manat
Vəzifə təsnifatı: İnzibati vəzifənin 7-ci təsnifatı
İş yerinin ünvanı: Babək rayonu, Babək qəsəbəsi, H. Əliyev prospekti
Bilavasitə tabe olduğu şəxs: Məhkəmənin sədri
Qulluq funksiyaları:

- müəyyən olunmuş müddətlərdə məhkəmə iclaslarının keçirilməsi üçün hazırlıq işlərinin aparılması;
- təyin olunmuş məhkəmə baxışı iclaslarında iştirak etmək;
- məhkəmə iclas protokollarının qanunla müəyyən olunmuş müddətdə hazırlanmasının təmin edilməsi;
- icraatı başa çatmış işlərdə olan sənədlərin siyahısını tərtib etmək, onları işə tikmək, nömrələmək və hazır işləri təhvil vermək;
-“Elektron məhkəmə” informasiya sisteminin tətbiq edilməsi, bildiriş, məktub, məhkəmə aktları və digər sənədlərin sistemdə hazırlanması, habelə elektron statistika sisteminin işlənilməsini təmin etmək məqsədilə yekunlaşdırılmış işlər üzrə bütün məlumatların və sənədlərin (nəticələri, yekun məhkəmə aktlarını və s.) sistemə daxil edilməsi;
- Hakimlərin icraatına daxil olan kağız daşıyıcı üzərində olan işlərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə elektron qaydada təhvil alınması, dəftərxanaya və arxivə verilməsi;
-Hakimlərin icraatında olan işlərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə elektron qaydada apellyasiya instansiya məhkəməsinə göndərilməsi;
- Hakimlərin icraatında olan işlərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə elektron qaydada icraya yönəldilməsi.

Təhsilə dair tələblər: Hüquqşünaslıq  ixtisası üzrə ali təhsil
İş stajına dair tələblər: Tələb müəyyən edilmir
Kompüter biliklərinə dair tələblər: Əməliyyat sistemləri -MS WINDOWS, MS OFFİCE, İNTERNET (yüksək səviyyədə)
Xarici dil bilikləri: İngilis dili-A2
Təşkilatçılıq səriştəsi: Yüksək səviyyədə
Problemi həll etmək səriştəsi: Yüksək səviyyədə
Qərarvermə qabiliyyəti: Yüksək səviyyədə
Ünsiyyət qabiliyyəti: Yüksək səviyyədə
Bilməlidir:

Azərbaycan Respublikasının Konstitusiyasını, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikası Mülki Məcəlləsini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsini, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsini, Azərbaycan Respublikası Əmək Məcəlləsini, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aidiyyəti maddələrini, Dövlət qulluğu haqqında, Dövlət rüsumu haqqında, korrupsiyaya qarşı mübarizə haqqında, dövlət qulluqçularının etik davranış qaydaları haqqında, vətəndaşların müraciətləri haqqında və inzibati icraat haqqında qanunları, “Məhkəmələrdə kargüzarlığın aparılmasına dair Təlimat”ı, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası haqqında ümumi məlumatları