VƏZİFƏ TƏLİMATI

Vəzifə kodu: 730104
Dövlət orqanının adı: Culfa Rayon Məhkəməsi
Şöbənin adı:  
Vəzifənin adı: Böyük məsləhətçi
Vəzifə maaşı: 445 manat
Vəzifə təsnifatı: İnzibati vəzifənin 7-ci təsnifatı
İş yerinin ünvanı: Culfa şəhəri, H.Əliyev prospekti 61
Bilavasitə tabe olduğu şəxs: Məhkəmənin sədri
Qulluq funksiyaları:

-məhkəmə təcrübəsinin ümumiləşdirilməsi, məhkəmədə baxılan cinayət işləri üzrə qanunvericiliyin düzgün tətbiq edilməsinin, maddi və prosessual hüquq normalarına əməl olunması vəziyyətinin öyrənilməsi, onların ümumiləşdirilməsi və buna dair müvafiq arayışın tərtib edilməsi;
-məhkəmə statistikasının təhlili və məhkəmə statistik hesabatlarının imzalanması;
-qanunların və digər normativ hüquqi aktların, normativ xarakterli aktların, o cümlədən onlara edilmiş əlavə və dəyişikliklərin sistemləşdirilməsi;
-məhkəməyə daxil olmuş qanun və qərar layihələrinin öyrənilməsinin təşkili və bu layihələrlə əlaqədar rəy və təkliflərin hazırlanmasının təmin edilməsi;
-vətəndaşların qəbulunun, müraciətlərin baxılmasının təmin edilməsi;
-məhkəmə sədrinin tapşırığı ilə və öz səlahiyyətləri daxilində digər işlərin həyata keçirilməsi;
-qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələrin yerinə yetirilməsi və s.

Təhsilə dair tələblər: Hüquqşünaslıq və beynəlxalq hüquq ixtisası istiqamətləri üzrə ali təhsil
İş stajına dair tələblər: Tələb müəyyən edilmir
Kompüter biliklərinə dair tələblər: (МС WINDOWS, MS OFFICE, INTERNET və sairə)- orta səviyyədə
Xarici dil bilikləri: İngilis dili-A2
Təşkilatçılıq səriştəsi: Yüksək səviyyədə
Problemi həll etmək səriştəsi: Yüksək səviyyədə
Qərarvermə qabiliyyəti: Yüksək səviyyədə
Ünsiyyət qabiliyyəti: Yüksək səviyyədə
Bilməlidir:

Azərbaycan Respublikasının Konstitusiyasını, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikası Mülki Məcəlləsini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsini, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsini, Azərbaycan Respublikası Əmək Məcəlləsini, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aidiyyəti maddələrini, Dövlət qulluğu haqqında, Dövlət rüsumu haqqında, korrupsiyaya qarşı mübarizə haqqında, dövlət qulluqçularının etik davranış qaydaları haqqında, vətəndaşların müraciətləri haqqında və inzibati icraat haqqında qanunları, “Məhkəmələrdə kargüzarlığın aparılmasına dair Təlimat”ı, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası haqqında ümumi məlumatları