VƏZİFƏ TƏLİMATI

Vəzifə kodu: 454006
Dövlət orqanının adı: Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi
Şöbənin adı: Ordubad Rayon İdarəsi
Vəzifənin adı: Məsləhətçi
Vəzifə maaşı: 480 manat
Vəzifə təsnifatı: İnzibati vəzifənin 7-ci təsnifatı
İş yerinin ünvanı: Ordubad şəhəri
Bilavasitə tabe olduğu şəxs: İdarə müdiri
Qulluq funksiyaları: -rayon ərazisində torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsində iştirak etmək;
-rayon üzrə dövlət torpaq kadastrının aparılmasında iştirak etmək;
-torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışların hazırlanmasında iştirak etmək;
-yerquruluşu layihələrinin hazırlanmasında iştirak etmək;
-mülkiyyət sənədlərinin hazırlanmasında iştirak etmək;
-hüquqların dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin aradan qaldırılması istiqamətində işləri icra etmək;
-idarədə kargüzarlığın qanunvericiliyin tələblərinə uyğun aparılmasını təmin etmək;
-idarənin və vəzifənin fəaliyyət istiqamətləri üzrə digər işlərin icrası.
Təhsilə dair tələblər: İnşaat mühəndisliyi, memarlıq, yerquruluşu, torpaq və şəhər kadastrı, geodeziya və xəritəçəkmə mühəndisliyi, coğrafiya, torpaqşünaslıq və aqrokimya, iqtisadiyyat və idarəetmə ixtisas istiqamətləri üzrə ali təhsil
İş stajına dair tələblər: İş stajına dair tələb müəyyən edilmir
Kompüter biliklərinə dair tələblər: Zəruri proqram təminatlarının istismarı, müasir ofis proqram təminatı və əməliyyat sistemləri üzrə biliklər
Xarici dil bilikləri: Rus dili (orta səviyyədə), İngilis dili (orta səviyyədə)
Təşkilatçılıq səriştəsi: Yüksək səviyyədə
Problemi həll etmək səriştəsi: Yüksək səviyyədə
Qərarvermə qabiliyyəti: Yüksək səviyyədə
Ünsiyyət qabiliyyəti: Yüksək səviyyədə
Bilməlidir: Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Konstitusiyalarını, Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında”, ”Korrupsiyaya qarşı mübarizə haqqında”, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında”, “Vətəndaşların müraciətləri haqqında” Qanunlarını, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlar, zəruri peşə-ixtisas, nəzəri və ptaktiki bilikləri, Azərbaycan və Naxçıvan haqqında ümumi məlumatları.