VƏZİFƏ TƏLİMATI

Vəzifə kodu: 910023
Dövlət orqanının adı: Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi
Vəzifənin adı: Baş inspektor – mətbuat və ictimaiyyətlə əlaqələr üzrə
İş yerinin ünvanı: Naxçıvan şəhəri, Nizami Gəncəvi küçəsi 32
Qulluq funksiyaları: - Nazirliyin fəaliyyəti və görülən işlərlə bağlı mətbuata məlumat hazırlanması;
-Nazirliyin kütləvi informasiya vasitələri ilə əməkdaşlığının təmin edilməsi;
- fəaliyyəti ilə bağlı məlumatların KİV-də, rəsmi internet səhifəsində vaxtında yerləşdirilməsi, yenilənməsi, o cümlədən internet səhifəsinin daha səmərəli təşkili və fəaliyyəti ilə bağlı müvafiq təkliflərin verilməsi;
- mütəmadi olaraq KİV-də yazı, məlumat, xəbərlərin monitorinqinin aparılması;
- xidməti sənədlərin vaxtında və keyfiyyətli icrasının təmin edilməsi;
- gördüyü işlərlə bağlı ümumiləşdirmənin aparılması və müvafiq hesabatların hazırlanması;
- xidməti fəaliyyəti ilə əlaqədar olaraq ona məlum olan və dövlət sirri, yaxud xidməti sirr təşkil edən məlumatların mühafizəsi;
- fəaliyyəti ilə bağlı verilmiş xidməti tapşırıqların yerinə yetirilməsi;
- fəaliyyət istiqamətinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələrin yerinə yetirilməsi.
Təhsilə dair tələblər: - jurnalistika, Azərbaycan dili və ədəbiyyat müəllimliyi, tarix müəllimliyi və hüquqşünaslıq
İş stajına dair tələblər: - Naxçıvan Muxtar Respublikasının mətbuat orqanlarında 2 il iş stajı
Xüsusi tələblər: - Namizəd Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət müddətini başa vurmalı (kişilər üçün), yaşı 30-dan yuxarı olmamalıdır
Kompüter biliklərinə dair tələblər: - əməliyyat sistemləri - MS WINDOWS, MS OFFICE, İNTERNET (orta səviyyədə)
Təşkilatçılıq səriştəsi: Yüksək səviyyədə
Problemi həll etmək səriştəsi: Yüksək səviyyədə
Qərarvermə qabiliyyəti: Yüksək səviyyədə
Ünsiyyət qabiliyyəti: Yüksək səviyyədə
Bilməlidir: Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını, dövlət qulluğu haqqında, korrupsiyaya qarşı mübarizə haqqında, dövlət qulluqçularının etik davranış qaydaları haqqında, vətəndaşların müraciətləri haqqında və inzibati icraat haqqında qanunları, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aidiyyəti maddələrini, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları