VƏZİFƏ TƏLİMATI

Vəzifə kodu: 497605
Dövlət orqanının adı: Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu
Şöbənin adı: Sədərək rayon şöbəsinin Sosial sığorta sektoru
Vəzifənin adı: Aparıcı məsləhətçi
Vəzifə maaşı: 480 manat
Vəzifə təsnifatı: İnzibati vəzifənin 7-ci təsnifatı
İş yerinin ünvanı: Sədərək rayonu, Heydərabad qəsəbəsi
Bilavasitə tabe olduğu şəxs: Sektor müdiri
Qulluq funksiyaları:

-Şöbənin müdiri və sektor müdiri tərəfindən verilmiş tapşırıqların vaxtında icrasının təmin edilməsi və etik davranış qaydalarına riayət edilməsi
-Qüvvədə olan qanunvericiliyə uyğun olaraq ciddi hesabat sənədlərinin, maliyyə əməliyyatları üzrə müvafiq sənədləşmələrin qaralama-pozulma hallarına yol verilmədən işlənilməsi
-İşçilərin əməkhaqlarının, əmək pensiyalarının, əmək pensiyalarından tutulan aliment və digər tutquların, məcburi dövlət sosial sığortası üzrə müavinətlərin və digər ödəmələrin ödəniş müəssisələri vasitəsilə ödənişlərinin həyata keçirilməsi
-Əmək pensiyası təyin olunmuş pensiyaçıların adına şəxsi hesabların açılması və hər ay ödəniş reyestrləri ilə üzləşdirilməsi
-Müəyyən edilmiş digər  vəzifə və funksiyaların həyata keçirilməsi

Təhsilə dair tələblər: -İqtisadiyyat və İdarəetmə ixtisasları qrupu; (dünya iqtisadiyyatı; mühasibat uçotu və audit; maliyyə; iqtisadiyyat; sənayenin təşkili və idarə olunması; statistika; dövlət və bələdiyyə idarəetməsi; davamlı inkişafın idarəedilməsi)
-Humanitar və sosial ixtisaslar qrupu; (hüquqşünaslıq)
İş stajına dair tələblər: İş stajına dair tələb müəyyən edilmir
Kompüter biliklərinə dair tələblər: -əməliyyat sistemləri (MS WINDOWS, MS OFFICE, INTERNET və.s.)
-şəbəkə texnologiyaları
Xarici dil bilikləri: Rus dili (A1),  İngilis dili (A1)
Təşkilatçılıq səriştəsi: Orta səviyyədə
Problemi həll etmək səriştəsi: Orta səviyyədə
Qərarvermə qabiliyyəti: Orta səviyyədə
Ünsiyyət qabiliyyəti: Yüksək səviyyədə
Bilməlidir: Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Konstitusiyalarını, “Dövlət qulluğu haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında”, “Vətəndaşların müraciətləri haqqında”  “Əmək pensiyaları haqqında”, “Sosial sığorta haqqında”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanunları, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlar, zəruri peşə-ixtisas, nəzəri və praktiki biliklər, Azərbaycan və Naxçıvan haqqında ümumi məlumatlar