VƏZİFƏ TƏLİMATI

Vəzifə kodu: 200023
Dövlət orqanının adı: Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Şöbənin adı: Aparat
Vəzifənin adı: Baş məsləhətçi-mətbuat və ictimaiyyətlə əlaqələr üzrə
Vəzifə maaşı: 645 manat
Vəzifə təsnifatı: İnzibati vəzifənin 6-cı təsnifatı
İş yerinin ünvanı: Naxçıvan şəhəri, C.Məmmədquluzadə 42
Bilavasitə tabe olduğu şəxs: Aparat rəhbəri
Qulluq funksiyaları: -Keçirilən tədbirlərin kütləvi informasiya vasitələrində yayınlanmasını təmin etmək;
-Nazirliyin internet saytının idarə edilməsini təmin etmək;
-Qəzet materiallarının hazırlanmasını təmin etmək;
-Aparat rəhbəri tərəfindən verilən tapşırıqları icra etmək .
Təhsilə dair tələblər: Jurnalistika və humanitar ixtisaslar üzrə ali təhsil
İş stajına dair tələblər: Naxçıvan Muxtar Respublikasının mətbuat orqanlarında 2 il iş stajı
Kompüter biliklərinə dair tələblər: Əməliyyat sistemləri (MS WINDOWS, MS OFFİCE, İNTERNET və s.)
Xarici dil bilikləri: Rus-dili-B1  İngilis-dili-B1
Təşkilatçılıq səriştəsi: Yüksək səviyyədə
Problemi həll etmək səriştəsi: Yüksək səviyyədə
Qərarvermə qabiliyyəti: Yüksək səviyyədə
Ünsiyyət qabiliyyəti: Yüksək səviyyədə
Bilməlidir: Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını, dövlət qulluğu haqqında, korrupsiyaya qarşı mübarizə haqqında, dövlət qulluqçularının etik davranış qaydaları haqqında, vətəndaşların müraciətləri haqqında və inzibati icraat haqqında qanunları, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aidiyyəti maddələrini, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları