VƏZİFƏ TƏLİMATI

Vəzifə kodu: 207406
Dövlət orqanının adı: Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Şöbənin adı: Ətraf mühit və təbii sərvətlərdən istifadəyə dövlət nəzarəti şöbəsi
Vəzifənin adı: Məsləhətçi-Sədərək rayonu üzrə
Vəzifə maaşı: 475 manat
Vəzifə təsnifatı: İnzibati vəzifənin 7-ci təsnifatı
İş yerinin ünvanı: Naxçıvan şəhəri, C.Məmmədquluzadə 42
Bilavasitə tabe olduğu şəxs: Şöbə müdiri
Qulluq funksiyaları:

- Xidmət etdiyi rayonun ərazisində ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadənin nəzarətdə saxlanılması.
- Baş verə biləcək brokenyerlik hallarının qarşısının alınması məqsədlə günün müxtəlif saatlarında reyd yoxlamaların planlaşdırılması və keçirilməsi.
-  Xidmət etdiyi rayonun ərazisində öz səlahiyyətləri daxilində ətraf mühitin mühafizəsi və təbii ehtiyatların monitoringi üzrə dövlət proqramlarının müvafiq qaydada hazırlanmasında və həyata keçirilməsində iştirak; ətraf mühitə zərərli fiziki təsirləri tənzimləyən tələb, standart və normalara əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi;
-Təhlükəli maddə və mənbələrin istehsalına, istifadəsinə, daşınmasına və ya zərərsizləşdirilməsinə, ətraf mühit komponentlərinə zərərli təsirlərin (fiziki, kimyavi, bioloji) qarşısını alan tədbirlərin görülməsinə nəzarətin  həyata  keçirilməsi və s.
-Şöbə müdiri tərəfindən verilən tapşırıqları icra etmək

Təhsilə dair tələblər: Ekologiya və təbiətdən istifadə, təbiət elmləri istiqamətləri üzrə ali təhsil
İş stajına dair tələblər: İş stajına dair tələb müəyyən edilmir
Kompüter biliklərinə dair tələblər: Əməliyyat sistemləri ( MS WINDOWS, MS OFFİCE, İNTERNET və s.)
Xarici dil bilikləri: Rus-dili ( orta səviyyədə), İngilis-dili ( orta səviyyədə)
Təşkilatçılıq səriştəsi: Yüksək səviyyədə
Problemi həll etmək səriştəsi: Yüksək səviyyədə
Qərarvermə qabiliyyəti: Yüksək səviyyədə
Ünsiyyət qabiliyyəti: Yüksək səviyyədə
Bilməlidir: Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını, dövlət qulluğu haqqında, korrupsiyaya qarşı mübarizə haqqında, dövlət qulluqçularının etik davranış qaydaları haqqında, vətəndaşların müraciətləri haqqında və inzibati icraat haqqında qanunları, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aidiyyəti maddələrini, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları