VƏZİFƏ TƏLİMATI

Vəzifə kodu: 211013
Dövlət orqanının adı: Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti
Şöbənin adı: Əməyin mühafizəsi məsələlərinə nəzarət və istehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqi sektoru
Vəzifənin adı: Baş məsləhətçi-baş əmək müfəttişi
Vəzifə maaşı: 525 manat
Vəzifə təsnifatı: İnzibati vəzifənin 7-ci təsnifatı
İş yerinin ünvanı: Naxçıvan şəhəri, H.Əliyev prospekti 42 A
Bilavasitə tabe olduğu şəxs: Sektorun müdiri
Qulluq funksiyaları: -Tikinti və istehsal sahələrində əməyin mühafizəsi normaları və qaydalarına əməl olunmasına dair komissiya tərəfindən aparılan nəzarətlərin, həmçinin aşkar edilmiş nöqsanların təhlilinin aparılması və nəticələrin sektor müdirinə təqdim edilməsi və uçotunun aparılması;
-Muxtar respublikada fəaliyyət göstərən ağır və zərərli iş sahələrinin siyahısının və ərazisində tikinti və yenidənqurması aparılacaq obyektlərin siyahısının müvafiq orqandan əldə edərək elektron elektron məlumat bazasına daxil edilməsi və tikintisi başa çatan obyektlər barədə sektor müdirinə məlumatın verilməsi;
-Əməyin mühafizəsi qaydalarının pozulmasına görə inzibati məsuliyyətə cəlb olunmuş işəgötürənlərin qeydiyyatının aparılması, həmçinin cərimələrin qanunla müəyyən edilmiş müddətdə ödənilməsinə nəzarət edilməsi
Təhsilə dair tələblər: Hüquqşünaslıq, iqtisadiyyat, dövlət və bələdiyyə idarəetməsi və sosial iş ixtisas istiqamətləri üzrə ali təhsil
İş stajına dair tələblər: Vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 1 il iş stajı
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internet (orta səviyyə)
Xarici dil bilikləri: Tələb müəyyən edilmir
Təşkilatçılıq səriştəsi: Yüksək səviyyədə
Problemi həll etmək səriştəsi: Yüksək səviyyədə
Qərarvermə qabiliyyəti: Yüksək səviyyədə
Ünsiyyət qabiliyyəti: Yüksək səviyyədə
Bilməlidir: Azərbaycan Respublikasının Konstitusiyası, Naxçıvan Muxtar Respublikasının Konstitusiyası, “Dövlət qulluğu haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında”, “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aidiyyəti maddələri, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ-hüquqi aktlar, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas bilikləri, Azərbaycan və Naxçıvan haqqında ümumi məlumatlar.