VƏZİFƏ TƏLİMATI

Vəzifə kodu: 211016
Dövlət orqanının adı: Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti
Şöbənin adı: Əməyin mühafizəsi məsələlərinə nəzarət və istehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqi sektoru
Vəzifənin adı: Məsləhətçi-baş əmək müfəttişi
Vəzifə maaşı: 505 manat
Vəzifə təsnifatı: İnzibati vəzifənin 7-ci təsnifatı
İş yerinin ünvanı: Naxçıvan şəhəri, H.Əliyev prospekti 42 A
Bilavasitə tabe olduğu şəxs: Sektorun müdiri
Qulluq funksiyaları: -İstehsalatda xəsarətalmalarla nəticələnən hadisələrin, həmçinin təhqiqatı aparılan bədbəxt hadisələrin xüsusi jurnallarda qeydiyyatının  aparılması və elektron bazaya yığılması;
-İstehsalatda baş vermiş  xəsarətalmalar zamanı əmək qabiliyyətini itirmiş şəxslərdən əlillik dərəcəsi alanların uçotunun aparılması;
-Təhqiqatın nəticələrinə dair tərtib edilmiş aktda komissiya tərəfindən verilmiş tapşırıqların icrasının yerinə yetirilməsinə nəzarət edilməsi;
-Əməyin mühafizəsi norma, qayda və standartlarına dair zəruri maarifləndirici reklam, yaddaş kitabçası, buklet, həmçinin mətbuat və televiziya üçün materialların hazırlanması;
-Soyuq və isti hava şəraitində fasilələrin verilməsi və işin dayandırılmasının həyata keçirilməsinə nəzarət edilməsi və bununla əlaqədar sektor müdirinə məlumatın verilməsi
Təhsilə dair tələblər: Hüquqşünaslıq, iqtisadiyyat, dövlət və bələdiyyə idarəetməsi və sosial iş ixtisas istiqamətləri üzrə ali təhsil
İş stajına dair tələblər: Tələb müəyyən edilmir
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internet (orta səviyyə)
Xarici dil bilikləri: Tələb müəyyən edilmir
Təşkilatçılıq səriştəsi: Yüksək səviyyədə
Problemi həll etmək səriştəsi: Yüksək səviyyədə
Qərarvermə qabiliyyəti: Yüksək səviyyədə
Ünsiyyət qabiliyyəti: Yüksək səviyyədə
Bilməlidir: Azərbaycan Respublikasının Konstitusiyası, Naxçıvan Muxtar Respublikasının Konstitusiyası, “Dövlət qulluğu haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında”, “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aidiyyəti maddələri, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ-hüquqi aktlar, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas bilikləri, Azərbaycan və Naxçıvan haqqında ümumi məlumatlar.