VƏZİFƏ TƏLİMATI

Vəzifə kodu: 211033
Dövlət orqanının adı: Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti
Şöbənin adı: Əməyin sosial-hüquq məsələləri üzrə nəzarət sektoru
Vəzifənin adı: Baş məsləhətçi-baş əmək müfəttişi
Vəzifə maaşı: 525 manat
Vəzifə təsnifatı: İnzibati vəzifənin 7-ci təsnifatı
İş yerinin ünvanı: Naxçıvan şəhəri, H.Əliyev prospekti 42 A
Bilavasitə tabe olduğu şəxs: Sektorun müdiri
Qulluq funksiyaları: -Əmək münasibətlərinin rəsmiləşdirilməsi vəziyyəti ilə bağlı sahibkarlıq obyektlərində komissiya tərəfindən aparılan nəzarətlərin, həmçinin görülən tədbirlərin elektron və yazılı qeydiyyatının aparılması;
-Əmək münasibətlərinin rəsmiləşdirilməsi qaydalarının pozulmasına görə inzibati məsuliyyətə cəlb olunmuş işəgötürənlərin qeydiyyatının aparılması, həmçinin cərimələrin qanunla müəyyən edilmiş müddətdə ödənilməsinə nəzarət edilməsi;
-Xidmətə daxil olan  şifahi və yazılı müraciətlərin elektron və yazılı qeydiyyatının aparılması müraciətlərin təhlil edilməsi və qanunla müəyyən edilmiş vaxtda cavablandırılması;
-İşəgötürən tərəfindən işçilərə ödənilməsi təmin etdirilən sosial xarakterli ödənişlərin qeydiyyatının aparılması
Təhsilə dair tələblər: Hüquqşünaslıq, iqtisadiyyat, dövlət və bələdiyyə idarəetməsi və sosial iş ixtisas istiqamətləri üzrə ali təhsil
İş stajına dair tələblər: Vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 1 il iş stajı
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internet (orta səviyyə)
Xarici dil bilikləri: Tələb müəyyən edilmir
Təşkilatçılıq səriştəsi: Yüksək səviyyədə
Problemi həll etmək səriştəsi: Yüksək səviyyədə
Qərarvermə qabiliyyəti: Yüksək səviyyədə
Ünsiyyət qabiliyyəti: Yüksək səviyyədə
Bilməlidir: Azərbaycan Respublikasının Konstitusiyası, Naxçıvan Muxtar Respublikasının Konstitusiyası, “Dövlət qulluğu haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında”, “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aidiyyəti maddələri, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ-hüquqi aktlar, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas bilikləri, Azərbaycan və Naxçıvan haqqında ümumi məlumatlar.