VƏZİFƏ TƏLİMATI

Vəzifə kodu: 219003
Dövlət orqanının adı: Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti
Şərur rayon Məşğulluq Mərkəzi
Şöbənin adı:  
Vəzifənin adı: Baş məsləhətçi
Vəzifə maaşı: 475 manat
Vəzifə təsnifatı: İnzibati vəzifənin 7-ci təsnifatı
İş yerinin ünvanı: Şərur şəhəri, H.Əliyev prospekti 7
Bilavasitə tabe olduğu şəxs: Mərkəzin direktoru
Qulluq funksiyaları: -İşaxtaran və işsiz vətəndaşların qeydiyyatının və uçotunun tam, dolğun və düzgün aparılmas, işaxtaran kimi qeydiyyata alınan vətəndaşların daimi və müvəqqəti xarakterli işlərə cəlb edilməsinin təmin edilməsi, işsizlik müavinəti almaq hüququ olan vətəndaşlardan qanunvericiliklə müəyyən olunmuş müvafiq sənədlərin toplanması;
-Peşə hazırlığı, yenidən hazırlıq, ixtisasartırma kurslarının, haqqı ödənilən ictimai işlərin təşkili ilə əlaqədar tədbirlərin görülməsi;
-Mülkiyyət formasından asılı olmayaraq fəaliyyət göstərən müəssisə və təşkilatların tam və dolğun qeydiyyatının aparılması və təqdim edilmiş boş (vakant) iş yerləri haqqında məlumatların və işə qəbul edilən və işdən çıxarılan işçilər haqqında aylıq hesabatların toplanılması, qeydiyyatı və uçotunun aparılması;
-Sosial müdafiəyə daha çox ehtiyacı olan vətəndaşların kvota üzrə iş yerlərinə göndərilməsi;
-“Əmək yarmarkası”nın təşkilində iştirak edilməsi;
-İşaxtaran və işsiz vətəndaşlara müvafiq arayışların verilməsi
Təhsilə dair tələblər: Təhsil ixtisasları qrupu;
Hümanitar və sosial ixtisaslar qrupu;
İqtisadiyyat və idarəetmə ixtisasları qrupu;
Texniki və texnoloji ixtisaslar qrupu;
Səhiyyə, rifah və xidmət ixtisasları qrupları üzrə ali təhsil
İş stajına dair tələblər: Vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 1 il iş stajı
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internet (orta səviyyə)
Xarici dil bilikləri: Tələb müəyyən edilmir
Təşkilatçılıq səriştəsi: Yüksək səviyyədə
Problemi həll etmək səriştəsi: Yüksək səviyyədə
Qərarvermə qabiliyyəti: Yüksək səviyyədə
Ünsiyyət qabiliyyəti: Yüksək səviyyədə
Bilməlidir: Azərbaycan Respublikasının Konstitusiyası, Naxçıvan Muxtar Respublikasının Konstitusiyası, “Dövlət qulluğu haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında”, “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aidiyyəti maddələri, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ-hüquqi aktlar, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas bilikləri, Azərbaycan və Naxçıvan haqqında ümumi məlumatlar.