VƏZİFƏ TƏLİMATI

Vəzifə kodu: 215016
Dövlət orqanının adı: Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidməti
Şahbuz rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi
Şöbənin adı: Sosial müavinətlər və sosial yardımlar sektoru
Vəzifənin adı: Məsləhətçi
Vəzifə maaşı: 430 manat
Vəzifə təsnifatı: İnzibati vəzifənin 7-ci təsnifatı
İş yerinin ünvanı: Şahbuz şəhəri, H.Əliyev prospekti
Bilavasitə tabe olduğu şəxs: Sektorun müdiri
Qulluq funksiyaları: -Sosial müavinət təyin olunması üçün müraciət edən vətəndaşlardan qanunvericiliyə uyğun olaraq müvafiq sənədlərin tələb olunması;
-Sosial müavinətlərin qanunvericiliyə uyğun olaraq təyin edilməsi, sosial müavinət islərinin siyahısının hazırlanması və qeydiyyatlarının aparılması;
-Sosial müavinət və digər ödəniş işlərinin şəxsi hesablarla üzləşdirilməsində iştirak edilməsi və sosial müavinət və digər ödənişlərin təyinatına dair hesabat və məlumatların tərtib edilərək sektor müdirinə təqdim edilməsi;
-Sosial müavinət və digər ödənişlərin təyin olunması haqqında tərtib edilən qərar layihələrinin qanunauyğunluğunun yoxlanılması və təsdiq edilməsi;
-Qeydiyyatda olan əlillərin bazasının hazırlanması və mütəmadi nəzarət edilməsi;
-Aidiyyəti qurumlara məktub və hesabatların göndərilməsi;
-Səlahiyyətləri daxilində sektora daxil olan müraciətlərin araşdırılması və cavablandırılması
Təhsilə dair tələblər: Təhsil ixtisasları qrupu;
Hümanitar və sosial ixtisaslar qrupu;
İqtisadiyyat və idarəetmə ixtisasları qrupu;
Texniki və texnoloji ixtisaslar qrupu;
Səhiyyə, rifah və xidmət ixtisasları qrupları üzrə ali təhsil
İş stajına dair tələblər: Tələb müəyyən edilmir
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internet (orta səviyyə)
Xarici dil bilikləri: Tələb müəyyən edilmir
Təşkilatçılıq səriştəsi: Yüksək səviyyədə
Problemi həll etmək səriştəsi: Yüksək səviyyədə
Qərarvermə qabiliyyəti: Yüksək səviyyədə
Ünsiyyət qabiliyyəti: Yüksək səviyyədə
Bilməlidir: Azərbaycan Respublikasının Konstitusiyası, Naxçıvan Muxtar Respublikasının Konstitusiyası, “Dövlət qulluğu haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında”, “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aidiyyəti maddələri, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ-hüquqi aktlar, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas bilikləri, Azərbaycan və Naxçıvan haqqında ümumi məlumatlar.