VƏZİFƏ TƏLİMATI

Vəzifə kodu: 219025
Dövlət orqanının adı: Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidməti
Şərur rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi
Şöbənin adı: Sosial xidmətlər sektoru
Vəzifənin adı: Aparıcı məsləhətçi
Vəzifə maaşı: 460 manat
Vəzifə təsnifatı: İnzibati vəzifənin 7-ci təsnifatı
İş yerinin ünvanı: Şərur şəhəri, H.Əliyev prospekti
Bilavasitə tabe olduğu şəxs: Sektorun müdiri
Qulluq funksiyaları: -Tənha ahıl, əmək qabiliyyətinə malik olmayan və evlərində köməyə ehtiyacı olan vətəndaşların aşkar edilməsi və onların lazımi sənədlərinin hazırlanması;
-Tənha ahıl, əmək qabiliyyətinə malik olmayan və evlərində köməyə ehtiyacı olan vətəndaşlara sosial-məişət xidməti göstərilməsi məqsədi ilə sosial-məişət xidməti qrafikinin tərtib olunması və qrafikə uyğun olaraq xidmət göstərilməsinin təşkil edilməsi və sosial xidmət işçilərinin işinə mütəmadi nəzarətin həyata keçirilməsi;
-Xidmət göstərilən vətəndaşlarla müntəzəm olaraq əlaqə saxlanılması, onlara şamil edilən güzəşt və imtiyazların həyata keçirilməsinə köməklik göstərilməsi;
-Səlahiyyətləri daxilində sektora daxil olan müraciətlərin araşdırılması və cavablandırılması
Təhsilə dair tələblər: Təhsil ixtisasları qrupu;
Hümanitar və sosial ixtisaslar qrupu;
İqtisadiyyat və idarəetmə ixtisasları qrupu;
Texniki və texnoloji ixtisaslar qrupu;
Səhiyyə, rifah və xidmət ixtisasları qrupları üzrə ali təhsil
İş stajına dair tələblər: Tələb müəyyən edilmir
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internet (orta səviyyə)
Xarici dil bilikləri: Tələb müəyyən edilmir
Təşkilatçılıq səriştəsi: Yüksək səviyyədə
Problemi həll etmək səriştəsi: Yüksək səviyyədə
Qərarvermə qabiliyyəti: Yüksək səviyyədə
Ünsiyyət qabiliyyəti: Yüksək səviyyədə
Bilməlidir: Azərbaycan Respublikasının Konstitusiyası, Naxçıvan Muxtar Respublikasının Konstitusiyası, “Dövlət qulluğu haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında”, “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aidiyyəti maddələri, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ-hüquqi aktlar, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas bilikləri, Azərbaycan və Naxçıvan haqqında ümumi məlumatlar.