VƏZİFƏ TƏLİMATI

Vəzifə kodu: 219036
Dövlət orqanının adı: Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidməti
Şərur rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi
Şöbənin adı: Mühasibat uçotu və təsərrüfat sektoru
Vəzifənin adı: Məsləhətçi-mühasib
Vəzifə maaşı: 445 manat
Vəzifə təsnifatı: İnzibati vəzifənin 7-ci təsnifatı
İş yerinin ünvanı: Şərur şəhəri, H.Əliyev prospekti
Bilavasitə tabe olduğu şəxs: Sektorun müdiri
Qulluq funksiyaları: -Ünvanlı dövlət sosial yardımı almaq üçün müraciət edən vətəndaşlardan qanunvericiliyə uyğun olaraq lazımi sənədlərin tələb olunması;
-Ünvanlı dövlət sosial yardımı təyin olunan vətəndaşların sahə üzrə yoxlamalarının aparılması və zəruri hallarda sosial yardım almaq üçün müraciət etmiş şəxslərin gəlirləri barədə məlumatların yerində qarşılıqlı yoxlanılmasında iştirak edilməsi;
-Qanunvericiliyə uyğun olaraq ödənişi dayandırılan ünvanlı dövlət sosial yardım təyinatlarının siyahısının hazırlanması və təyinatı bərpa olunan və  yeni təyinat olan işlərin qeydiyyatının aparılması
-Ünvanlı dövlət sosial yardım təyinatına dair hesabat və məlumatların tərtib edilərək sektor müdirinə təqdim edilməsi;
-Ünvanlı dövlət sosial yardımlarının təyin olunması haqqında tərtib edilən qərar layihələrinin qanunauyğunluğunun yoxlanılması və təsdiq edilməsi;
-Səlahiyyətləri daxilində sektora daxil olan müraciətlərin araşdırılması və cavablandırılması
Təhsilə dair tələblər: Təhsil ixtisasları qrupu;
Hümanitar və sosial ixtisaslar qrupu;
İqtisadiyyat və idarəetmə ixtisasları qrupu;
Texniki və texnoloji ixtisaslar qrupu;
Səhiyyə, rifah və xidmət ixtisasları qrupları üzrə ali təhsil
İş stajına dair tələblər: Tələb müəyyən edilmir
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internet (orta səviyyə)
Xarici dil bilikləri: Tələb müəyyən edilmir
Təşkilatçılıq səriştəsi: Yüksək səviyyədə
Problemi həll etmək səriştəsi: Yüksək səviyyədə
Qərarvermə qabiliyyəti: Yüksək səviyyədə
Ünsiyyət qabiliyyəti: Yüksək səviyyədə
Bilməlidir: Azərbaycan Respublikasının Konstitusiyası, Naxçıvan Muxtar Respublikasının Konstitusiyası, “Dövlət qulluğu haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında”, “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aidiyyəti maddələri, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ-hüquqi aktlar, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas bilikləri, Azərbaycan və Naxçıvan haqqında ümumi məlumatlar.