VƏZİFƏ TƏLİMATI

Vəzifə kodu: 210113
Dövlət orqanının adı: Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidməti
Şöbənin adı: Tibbi-Sosial Ekspertiza sektoru
Vəzifənin adı: Baş məsləhətçi
Vəzifə maaşı: 525 manat
Vəzifə təsnifatı: İnzibati vəzifənin 7-ci təsnifatı
İş yerinin ünvanı: Naxçıvan şəhəri, H.Əliyev prospekti 42 A
Bilavasitə tabe olduğu şəxs: Sektorun müdiri
Qulluq funksiyaları: -Əlilliyin yaranmasına, inkişafına və nəticəsinə təsir göstərən səbəblərin, şərait və amillərin öyrənilməsi və əlilliyin yayılması səbəblərinin araşdırılması;
-Yeni təyin olunmuş əlillik və uşaqların sağlamlıq imkanları məhdudluğunun qeydiyyatlarının aparılması;
-Əlillər və sağlamlıq imkanları məhdud uşaqlar haqqında diaqnozlara görə məlumat bazasında   qeydiyyatlarının aparılması, bazanın mütəmadi yenilənməsi;
-Tibbi-Sosial Ekspert komissiyası ilə bağlı müraciət edən vətəndaşlarla izahat işlərinin aparılması;
-Sektorda Tibbi-Sosial Ekspert Komissiyası ilə bağlı işlərin yerinə yetirilməsi;
-Səlahiyyətləri daxilində sektora daxil olan ərizə, şikayət və məktubların araşdırılması və cavablandırılması
Təhsilə dair tələblər: Həkim-cərrah, həkim-nevropatoloq, həkim-terapevt, həkim-pediatr ixtisasları üzrə ali təhsil
İş stajına dair tələblər: Vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 1 il iş stajı
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internet (orta səviyyə)
Xarici dil bilikləri: Tələb müəyyən edilmir
Təşkilatçılıq səriştəsi: Yüksək səviyyədə
Problemi həll etmək səriştəsi: Yüksək səviyyədə
Qərarvermə qabiliyyəti: Yüksək səviyyədə
Ünsiyyət qabiliyyəti: Yüksək səviyyədə
Bilməlidir: Azərbaycan Respublikasının Konstitusiyası, Naxçıvan Muxtar Respublikasının Konstitusiyası, “Dövlət qulluğu haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında”, “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aidiyyəti maddələri, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ-hüquqi aktlar, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas bilikləri, Azərbaycan və Naxçıvan haqqında ümumi məlumatlar.