VƏZİFƏ TƏLİMATI

Vəzifə kodu: 210124
Dövlət orqanının adı: Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidməti
Şöbənin adı: Funsional-diaqnostika və reabilitasiya sektoru
Vəzifənin adı: Böyük məsləhətçi
Vəzifə maaşı: 517,50 manat
Vəzifə təsnifatı: İnzibati vəzifənin 7-ci təsnifatı
İş yerinin ünvanı: Naxçıvan şəhəri, H.Əliyev prospekti 42 A
Bilavasitə tabe olduğu şəxs: Sektorun müdiri
Qulluq funksiyaları: -TSEK tərəfindən əlilliyi müəyyən olunan şəxsin fərdi reabilitasiya proqramının tərtib olunmasına və icrasına nəzarət olunması;,
-Reabilitasiya ilə bağlı müraciət edən vətəndaşlarla izahat işlərinin aparılması;
-Sektorda reabilitasiya ilə bağlı işlərin yerinə yetirilməsi;
-Səlahiyyətləri daxilində sektora daxil olan ərizə, şikayət və məktubların araşdırılması və cavablandırılması
Təhsilə dair tələblər: Həkim-cərrah, həkim-nevropatoloq, həkim-terapevt, həkim-pediatr ixtisasları üzrə ali təhsil
İş stajına dair tələblər: Tələb müəyyən edilmir
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internet (orta səviyyə)
Xarici dil bilikləri: Tələb müəyyən edilmir
Təşkilatçılıq səriştəsi: Yüksək səviyyədə
Problemi həll etmək səriştəsi: Yüksək səviyyədə
Qərarvermə qabiliyyəti: Yüksək səviyyədə
Ünsiyyət qabiliyyəti: Yüksək səviyyədə
Bilməlidir: Azərbaycan Respublikasının Konstitusiyası, Naxçıvan Muxtar Respublikasının Konstitusiyası, “Dövlət qulluğu haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında”, “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aidiyyəti maddələri, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ-hüquqi aktlar, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas bilikləri, Azərbaycan və Naxçıvan haqqında ümumi məlumatlar.