VƏZİFƏ TƏLİMATI

Vəzifə kodu: 310413
Dövlət orqanının adı: Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi
Şöbənin adı: Kadrlar və sənədlərlə iş şöbəsi
Vəzifənin adı: Baş məsləhətçi-mətbuat və ictimaiyyətlə əlaqələr üzrə
Vəzifə maaşı: 645 manat
Vəzifə təsnifatı: İnzibati vəzifənin 6-cı təsnifatı
İş yerinin ünvanı: Naxçıvan şəhəri, C.Məmmədquluzadə küçəsi
Bilavasitə tabe olduğu şəxs: Şöbənin rəisi
Qulluq funksiyaları:

- Şöbə rəisi tərəfindən verilmiş tapşırıqların vaxtında icrasının təmin edilməsi və etik davranış qaydalarına riayət edilməsi;
- Nazirliyin fəaliyyəti barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələr vasitəsilə təbliğat və təşviqatın aparılması;
- Nazirliyin fəaliyyəti haqqında məlumatların press reliz, açıqlaması, brifinq, mətbuat konfransları və digər üsullarla mütəmadi olaraq ictimaiyyətə çatdırılması;
- Nazirliyin qarşısında qoyulmuş vəzifələrin yerinə yetirilməsi haqqında ictimaiyyətə müntəzəm məlumatın verilməsi;
- açıqlanılması məcburi olan ictimai informasiyanın “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyənləşdirilmiş qaydada və müddətdə açıqlanması;
- Nazirliyin fəaliyyəti ilə bağlı KİV-də gedən yazı, veriliş və xəbərlərin araşdırılması və lazım olduğu təqdirdə cavab tədbirlərinin görülməsi;
- KİV və vətəndaş cəmiyyəti üzvləri ilə əməkdaşlığının tənzimlənməsi üçün zəruri tədbirlərin görülməsi;
- Nazirliyin rəhbərliyi və əməkdaşlarının KİV-də yazı və ya çıxışlarla çıxış etmələri üçün zəruri işlərin görülməsi;
- Nazirliyə daxil olan informasiya sorğularının ən qısa zamanda və sorğuçu üçün ən münasib üsulla təmin edilməsi;
- Nazirlik və ya digər qurumlar tərəfindən təşkil olunan görüşlərdə, tədbirlərdə, təlimlərdə iştirak edilməsi, eləcə də keçirilən tədbirlər barədə məlumatların hazırlanması və Nazirliyin saytında, habelə sosial şəbəkələrdəki səhifəsində yerləşdirilməsi;
- Nazirliyin elektron ünvanına, eləcə də sosial şəbəkələrdəki səhifəsinə dövlət qulluğuna qəbul qaydaları ilə və digər məsələlərlə əlaqədar daxil olan məktub, ərizə, şikayət və təkliflərin araşdırılması və cavablandırılması;
- Nazirliyin illik fəaliyyəti ilə bağlı hazırlanan “Tədbirlər Planı”nda bilavasitə öhdəliyinə düşən vəzifələrin yerinə yetirilməsi.

Təhsilə dair tələblər: Hüquqşünaslıq, beynəlxalq hüquq, beynəlxalq münasibətlər, tarix, politologiya, jurnalistika, filologiya ixtisas istiqamətləri üzrə ali təhsil
İş stajına dair tələblər: Naxçıvan Muxtar Respublikasının mətbuat orqanlarında 2 il iş stajı
Kompüter biliklərinə dair tələblər: -Əməliyyat sistemləri (MS WINDOWS, MS OFFİCE, İNTERNET)
Xarici dil bilikləri: Rus dili – A2, İngilis dili – A2
Təşkilatçılıq səriştəsi: Yüksək səviyyədə
Problemi həll etmək səriştəsi: Yüksək səviyyədə
Qərarvermə qabiliyyəti: Yüksək səviyyədə
Ünsiyyət qabiliyyəti: Yüksək səviyyədə
Bilməlidir: Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını, dövlət qulluğu haqqında, korrupsiyaya qarşı mübarizə haqqında, dövlət qulluqçularının etik davranış qaydaları haqqında, vətəndaşların müraciətləri haqqında və inzibati icraat haqqında qanunları, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aidiyyəti maddələrini, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları