VƏZİFƏ TƏLİMATI

Vəzifə kodu: 800005
Dövlət orqanının adı: Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi
Şöbənin adı:  
Vəzifənin adı: Hakim köməkçisi
Vəzifə maaşı: 730 manat
Vəzifə təsnifatı: İnzibati vəzifənin 6-cı təsnifatı
İş yerinin ünvanı: Naxçıvan şəhəri 49-cu məhəllə
Bilavasitə tabe olduğu şəxs: Məhkəmənin sədri
Qulluq funksiyaları: -Məhkəmə qərarlarının layihələrinin hazırlanmasının təmin edilməsi
-İcraatda olan işlərin və hakim tərəfindən verilmiş tapşırıqların vaxtında icrasının təmin edilməsi
-Məhkəmə qərarlarının çap edilməsi, lazımı sayda çoxaldılması, aidiyyəti üzrə göndərilməsinin təmin edilməsi
-İcraatında olan işlərin təkmilləşdirilməsi istiqamətində təkliflərin verilməsi və s.
Təhsilə dair tələblər: Hüquqşünaslıq və beynəlxalq hüquq ixtisas istiqamətləri üzrə ali təhsil
Kompüter biliklərinə dair tələblər: MS WINDOWS, MS OFFİCE, İNTERNET  və s.(orta səviyyədə)
Xarici dil bilikləri: İngilis dili (B1)
Təşkilatçılıq səriştəsi: Ona tapşırılmış  işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi ilə əlaqədar özünün və tabeliyində olan ehtiyyatları məqsədlərə doğru düzgün istiqamətləndirə bilmək qabiliyyəti
Problemi həll etmək səriştəsi: Problemlər qarşısında özünü itirməmək, problemin səbəbini, kökünü təyin etmək, məlumatlar və faktlar əsasında düzgün mühakimə yürütmək, onun həllinə obyektiv yanaşaraq həmin problemi həll etmək və düzgün qərar qəbul etmək qabiliyyəti
Qərarvermə qabiliyyəti: Məsələlərin həlli  və icrası üçün yeni təkliflər vermək, fikirlər irəli sürmək, onları həyata keçirə bilmək, gündəlik işlərdən əlavə işlər görməyə təşəbbüs göstərmək qabiliyyəti
Ünsiyyət qabiliyyəti: Fikir, rəy və hissləri şifahi nitq, yazışmaları və hərəkətlər vasitəsi ilə ifadə etmək qabiliyyəti
Bilməlidir: Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Konstitusiyalarını, “Dövlət qulluğu haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında”, “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasınnın qanunlarını, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi  məlumatları.>