VƏZİFƏ TƏLİMATI

Vəzifə kodu: 220303
Dövlət orqanının adı: Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi
Şöbənin adı: Ərazi orqanları ilə iş və kadrlar şöbəsi
Vəzifənin adı: Baş məsləhətçi-mətbuat və ictimaiyyətlə əlaqələr üzrə
Vəzifə maaşı: 645 manat
Vəzifə təsnifatı: İnzibati vəzifənin 6-cı təsnifatı
İş yerinin ünvanı: Naxçıvan şəhəri, Nizami küçəsi 29
Bilavasitə tabe olduğu şəxs: Şöbə müdiri
Qulluq funksiyaları:

-Televiziya, radio və qəzetlərlə əlaqə yaradılmasını təşkil edir.
-Şöbə müdiri məzuniyyətdə, ezamiyyətdə olduqda, xəstələndikdə onu əvəz edir.
-Nazirlik tərəfindən keçirilmiş tədbirlərin kütləvi informasiya vasitələrinə-mətbuat orqanlarına, Dövlət Televiziya və Radiosuna operativ çatdırılmasını təmin edir.
-Nazirliyin xətti ilə və Nazirlikdə keçirilən rəsmi tədbirlərin təbliği ilə bağlı jurnalistləri və çəkiliş qrupunu dəvət edir.
-Gənclər və İdman mövzusuna maraq göstərən bütün kütləvi informasiya vasitələri ilə işgüzar, yaradıcı əlaqələr qurur.
-Nazirlik və onun fəaliyyəti ilə bağlı mətbuatda dərc olunan yazıları izləmək, qeyri dəqiq informasiya və yazıların təkzib edilməsini təmin etmək.
-Televiziya və radio verilişlərində Nazirlik əməkdaşlarının çıxışlarını təşkil etmək.
-Nazirlik əməkdaşları ilə görüşmək arzusunda olan mətbuat işçilərinin görüşünün vaxtını müəyyənləşdirir, veriləcək suallarla öncədən tanış olur və Naziri məlumatlandırır.
-Rəhbərliyin mətbuatla bağlı tapşırıqlarını yerinə yetirir.
-Keçirilən tədbirlərin haqqında rəsmi mətbuat xidmətlərinin məlumatını hazırlayır.
-Şöbənin iş planlarının hazırlanmasında iştirak edir.
-Gənclər və İdman təşkilatları arasında müxtəlif mövzularda dəyirmi masalar, disputlar, konfransların keçirilməsini təşkil edir.
-Gənclərin hərbi xidmətə yola salınması mərasimlərinin təşkil olunması işində iştirak edir.
-Hərbi xidmətdə olan gənc əsgərlərlə əlamətdar günlər münasibətilə görüşlərin  keçirilməsində iştirak edir.
-Azərbaycan xalqının milli-mənəvi, əxlaqi, dini ənənələri tarixi və mədəni irsinin qorunub saxlanması, dövlət rəmzlərinə, dövlət dilinə, hörmət hissinin aşılanması sahəsində tədbirlərin hazırlanmasında yaxından iştirak edir və mətbuat orqanlarında işıqlandırılmasını təmin edir.
-Nazirliyi abunə yazıldığı qəzetləri kitaba salıb qeydiyyatını aparır.

Təhsilə dair tələblər: Ali
İş stajına dair tələblər: Naxçıvan Muxtar Respublikasının mətbuat orqanlarında 2 il iş stajı
Kompüter biliklərinə dair tələblər: (MS WINDOWS, MS OFFICE, INTERNET və sairə)-orta səviyyədə
Xarici dil bilikləri: Rus dili -A1; İngilis dili -A1
Təşkilatçılıq səriştəsi: Orta səviyyədə
Problemi həll etmək səriştəsi: Orta səviyyədə
Qərarvermə qabiliyyəti: Orta səviyyədə
Ünsiyyət qabiliyyəti: Orta səviyyədə
Bilməlidir: Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını, dövlət qulluğu haqqında, korrupsiyaya qarşı mübarizə haqqında, dövlət qulluqçularının etik davranış qaydaları haqqında, vətəndaşların müraciətləri haqqında və inzibati icraat haqqında qanunları, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aidiyyəti maddələrini, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları