VƏZİFƏ TƏLİMATI

Vəzifə kodu: 224003
Dövlət orqanının adı: Naxçıvan MR Gənclər və İdman Nazirliyinin strukturuna daxil olan Ordubad Rayon Gənclər və  İdman İdarəsi
Şöbənin adı: Ordubad Rayon Gənclər və  İdman İdarəsi
Vəzifənin adı: Baş məsləhətçi
Vəzifə maaşı: 505 manat
Vəzifə təsnifatı: İnzibati vəzifənin 7-ci təsnifatı
İş yerinin ünvanı: Naxçıvan MR, Ordubad  rayon, Heydər Əliyev prospekti
Bilavasitə tabe olduğu şəxs: İdman idarəsinin rəisi
Qulluq funksiyaları: -Tələbə gənclər arasında asudə vaxtın səmərəli təşkil olunması istiqamətində iş aparır.
-Tələbə təşkilatları ilə daima əlaqə saxlayır və həmin təşkilatlarla idarə arasında iş koordinasiya edir.
-İdarə rəisi məzuniyyətdə, ezamiyyətdə, xəstə olduqda  onun səlahiyyətlərini icra edir.
-İdarəyə daxil olan sənədlərin qeydiyyatını aparır.
-Şöbəyə daxil olan sənədlərin icrasında fəal iştirak edir.
-Keçirilən ictimai tədbirlərdə iştirak edir.
-Tələbə gənclər arasında cinayətkarlığın narkomaniyanın, sərxoşluğun, sosial yönümlü xəstəliklərin, zərərli vərdişlərin profilaktikası sahəsində iş aparır.
-Kompleks kütləvi bədən tərbiyəsi və idman tədbirlərinin təşkili və onun keçirilməsində yaxından iştirak edir.
-Federasiyalarla sıx əlaqəli işləyir birgə yarışların keçirilməsinə köməklik göstərir. -İdman növləri üzrə yığma komanda üzvlərinin il boyu həkim nəzarətini təmin edir.
Təhsilə dair tələblər: Ali
İş stajına dair tələblər: Tələb müəyyən edilmir.
Kompüter biliklərinə dair tələblər: (MS WINDOWS, MS OFFICE, INTERNET və sairə)-orta səviyyədə
Xarici dil bilikləri: Rus dili -A1; İngilis dili -A1
Təşkilatçılıq səriştəsi: Orta səviyyədə
Problemi həll etmək səriştəsi: Orta səviyyədə
Qərarvermə qabiliyyəti: Orta səviyyədə
Ünsiyyət qabiliyyəti: Orta səviyyədə
Bilməlidir: Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını, dövlət qulluğu haqqında, korrupsiyaya qarşı mübarizə haqqında, dövlət qulluqçularının etik davranış qaydaları haqqında, vətəndaşların müraciətləri haqqında və inzibati icraat haqqında qanunları, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aidiyyəti maddələrini, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları