VƏZİFƏ TƏLİMATI

Vəzifə kodu: 225003
Dövlət orqanının adı: Naxçıvan MR Gənclər və İdman Nazirliyinin strukturuna daxil olan Şahbuz Rayon Gənclər və  İdman İdarəsi
Şöbənin adı: Şahbuz Rayon Gənclər və  İdman İdarəsi
Vəzifənin adı: Baş məsləhətçi
Vəzifə maaşı: 495 manat
Vəzifə təsnifatı: İnzibati vəzifənin 7-ci təsnifatı
İş yerinin ünvanı: Şahbuz şəhər, Heydər Əliyev prospekti 10
Bilavasitə tabe olduğu şəxs: İdman idarəsinin rəisi
Qulluq funksiyaları:

-Şöbənin iş planlarının hazırlanmasında iştirak edir.
-İdman məktəbləri arasında kütləvi idman yarışlarının keçirilməsini təşkil edir və nəzarət edir.
-Kütləvi bədən tərbiyəsi və idman sağlamlıq tədbirlərinin keçirilməsində yaxından iştirak edir.
-Şikayət və digər ərizələrə baxılması və təkliflərə əlavələr edilməsində iştirak edir.
-İlin yekunlarına görə statistik göstəricilərinin toplanması və qəbulunda yaxından iştirak edir.
-Muxtar Respublikanın şəhər və rayonlarında idman oyunlarının  kütləviliyinə nail olmaq üçün mövcud proqramların həyata keçirilməsində yaxından iştirak edir.
-Yeniyetmə və gənclərin asudə vaxtının səmərəli təşkil olunması məqsədi ilə gənclər və idman idarələri gənclər təşkilatları ilə birgə tədbirlər planı hazırlayıb təqdim edir.
-Asudə vaxtın təşkili zamanı xalqımızın milli-mənəvi dəyərlərinə və adət ənənələrinə uyğun tədbirlərin keçirilməsi üçün təkliflər hazırlayır.
-İdman məktəblərinin statistik hesabatlarının qəbulunu həyata keçirir.
-Muxtar Respublikada təbliğ olunan idman oyunları növlərinin kütləviliyinə nail olmaq üçün mövcud proqramların həyata keçirilməsini və icrasını həyata keçirir.

Təhsilə dair tələblər: Ali
İş stajına dair tələblər: Tələb müəyyən edilmir
Kompüter biliklərinə dair tələblər: (MS WINDOWS, MS OFFICE, INTERNET və sairə)-orta səviyyədə
Xarici dil bilikləri: Rus dili -A1; İngilis dili -A1
Təşkilatçılıq səriştəsi: Orta səviyyədə
Problemi həll etmək səriştəsi: Orta səviyyədə
Qərarvermə qabiliyyəti: Orta səviyyədə
Ünsiyyət qabiliyyəti: Orta səviyyədə
Bilməlidir: Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını, dövlət qulluğu haqqında, korrupsiyaya qarşı mübarizə haqqında, dövlət qulluqçularının etik davranış qaydaları haqqında, vətəndaşların müraciətləri haqqında və inzibati icraat haqqında qanunları, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aidiyyəti maddələrini, dövlət qulluğu, dövlət orqanı və vəzifənin fəaliyyət istiqaməti üzrə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları, qulluq funksiyalarının icrası ilə əlaqədar zəruri peşə-ixtisas biliklərini, Azərbaycan haqqında ümumi məlumatları